100 yaşın mübarək, “Gəncənin səsi”!
22.02.2020 [10:27]
Milli mətbuatımızın ən uzunömürlü mətbu orqanlarından olan “Gəncənin səsi” qəzetinin 100 yaşı tamam olur. Milli maarifçiliyin, ziyalılığın, qələmlə ifadə olunan yaradıcı əməyin 1 əsrlik şərəfli tarixini layiqincə daşıyan qocaman qəzetin Azərbaycan mətbuatının tarixində mühüm rolu və böyük xidmətləri olub. Çoxəsrlik tarixi ənənələrə malik olan qədim şəhərin adını daşıyan “Gəncənin səsi”, eyni zamanda, yerli mətbuatın istiqamətləndirilməsi missiyasını üzərinə götürərək, dahi Nizami yurdunun inkişafının, yüksəlişinin, tərəqqisinin ictimai, iqtisadi və mədəni həyatının ən fəal tərənnümçüsü, güzgüsü olub. Özünəməxsus üslub və yaradıcılıq xüsusiyyətləri olan qəzetin zəngin arxivi bu gün bizə qədim şəhərin 100 illik tarixinə aid bilgiləri çatdırır.
“Gəncənin səsi” qəzetinin taleyi də adını daşıdığı şəhərin taleyinə bənzəyib. 1920-ci il may ayının 5-də “Qırmızı Gəncə” adı ilə ilk dəfə işıq üzü görən qəzetin adı 100 il ərzində 7 dəfə dəyişdirilib. Daha sonra qəzet “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti” (Gəncə vilayət mərkəzi olduğu zaman qəzet qısa bir müddətdə bu adla çıxıb), “Kirovabad kommunisti” və ən nəhayət, 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi” adı ilə oxuculara təqdim olunub.
Təkcə qədim Gəncənin deyil, ümumilikdə bütün qərb bölgəsinin bütün ictimai-siyasi və mədəni həyatını səhifələrində peşəkarlıqla işıqlandıran qəzet dəfələrlə əlifbanın dəyişməsi üzündən çətinliklər yaşamalı olub. “Qırmızı Gəncə” əski əlifba ilə, “Zərbə” latınla, “Kirovabad bolşeviki” kirillə, “Gəncənin səsi” yenidən latın əlifbası ilə çıxıb. Qəzetin ilk redaktorlarının taleyi də keşməkeşli olub. “Qırmızı Gəncə”nin (1920) redaktorları, dəyərli ziyalılarımız Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov, qəzetin məsul katibi Cəfər Bağır repressiya qurbanı olublar. Xalqına, millətinə bağlı olan bu ziyalılar milli-mənəvi dəyərlərimizə sahib çıxdıqları üçün “xalq düşməni” damğası ilə “mükafatlandırılıblar”.
37 il “Kirovabad kommunisti” adını daşıyan qəzet mənsub olduğu ictimai-iqtisadi formasiyanın tələblərinə uymağa çalışırdı. Lakin adların dəyişilməsinə baxmayaraq, qəzetin yaradıcı əməkdaşları öz dəst-xətlərini, milli-mənəvi dəyərləri qoruyub saxlamağı və daha da inkişaf etdirməyi bacarıblar. Həmin dövrlərdə qəzetin redaktorları olmuş Kəramət Tağıyev, Abdulla Şərifov, Fərid Cəfərov, Zahid İsmayılov və Sabir Hacıyevin rəhbərliyi ilə “Kirovabad kommunisti”ndən yalnız ideoloji tribuna kimi yox, həm də Nizami yurdunun daha geniş miqyasda tanıdılması üçün istifadə edilib.
1990-cı ildə Gəncənin adının dəyişdirilməsi ilə qəzet, nəhayət ki, “Gəncənin səsi” kimi öz həqiqi üslubuna, deyim tərzinə qovuşdu. Oxucunun onun səhifələrində görmək istədiklərini çap etmək imkanı qazandı. Bütün respublika qəzetləri susdurulan zaman sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğını, 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri və həqiqətləri elə ilk günlərdə aləmə car çəkənlər arasında “Gəncənin səsi” qəzeti də var idi.
Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra “Gəncənin səsi” qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik istiqamətindəki tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam edir. “Gəncənin səsi” qəzetinə müstəqillik dövründə redaktorluq etmək isə Sabir Hacıyevin və Rəfiqə Sadıqovanın taleyinə yazılıb. Sabir Hacıyevdən sonra Rəfiqə Sadıqova qəzetin ideya-siyasi xəttini qoruyub saxlayaraq, informasiya imkanlarını daha da genişləndirməyə nail olub. Rəfiqə xanımın redaktorluğu dövründə qəzetin inkişafında yeni mərhələ formalaşdı. Qəzet böyük formatda və rəngli çıxmağa başlayıb. Bu gün “Gəncənin səsi” milli maarifçilik amalına məsuliyyətlə xidmət edən, inkişafa və tərəqqiyə işıq salan, nəsildən-nəslə qalan sanballı salnamələr yazan mətbuat orqanı kimi nüfuz qazana bilib. Müasir qəzetçilik üslubunun, mövzu genişliyinin, janr əlvanlığının, ana dilimizə qayğıkeş münasibətin əsas götürülməsi nəşrin fəaliyyətini xeyli zənginləşdirib. “Gəncənin səsi” qəzeti müstəqil Azərbaycanı müxtəlif janrlarda və fərqli üslublarda yazılmış cəlbedici, düşündürücü analitik məqalələrlə təqdim etməyi bacaran yüksək səviyyəli mətbuat orqanıdır.
“Gəncənin səsi”nin amalı, əqidəsi daim Azərbaycançılıq, milli dövlətçiliyin möhkəmləndirilməsi, vətənpərvərlik, Vətənə, torpağa sədaqəti təbliğ etmək olub. Qəzetin səhifələrində dövrümüz üçün ən aktual mövzularla yanaşı, Gəncənin ictimai-siyasi, abadlıq-quruculuq, mədəni və idman sahəsində baş verən yeniliklər yer alır.
100 yaşlı qəzet həm də oxucuları üçün etibarlı bələdçidir. Gəncənin inkişafının bütün mərhələlərini öyrənmək baxımından bu gün ən mötəbər mənbə “Gəncənin səsi”ni göstərmək olar. Qəzetin keçmiş baş redaktoru Rəfiqə Sadıqovanın və peşəkar kollektivin böyük zəhməti sayəsində Gəncənin taleyini, həyat ahəngini, çətinliklərini və uğurlarını yaşadan 100 yaşlı qəzetin tarixi həkk olunmuş 400 səhifəlik kitab yubiley ərəfəsində oxuculara təqdim ediləcək. Zamanın soldurduğu qəzet səhifələrini araşdırıb, onlara yeni həyat verib oxuculara çatdırmaq Rəfiqə xanımın özünün dediyi kimi, “Gəncənin 100 illiyinə bir baxış” olmaqla yanaşı, milli mətbuatımızın, maarifçilik ənənələrimizin inkişafına böyük töhfə olacaq. O kitabı vərəqləyərkən Gəncənin 100 il ərzində hansı ab-hava ilə nəfəs aldığının, keşməkeşlərinin, sevincinin, tərəqqisinin, sürətli inkişafının şahidi olmaq imkanımız olacaq.
100 yaşın mübarək, “Gəncənin səsi”!
Hicran Məmmədova,
“Yeni Gəncə” qəzetinin
baş redaktoru
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

