Şəffaf və operativ xidmət
21.02.2020 [09:41]
Gədəbəydə yaradılan Operativ Xidmət Mərkəzinin səmərəli fəaliyyəti rayon sakinləri tərəfindən böyük məmnunluqla qarşılanır
Prezident İlham Əliyevin son illərdə daha geniş miqyas alan mütərəqqi islahatları nəticəsində idarəçilik aparatında fəaliyyət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının yerli icra hakimiyyətləri orqanları qarşısında qoyduğu tələblər - vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi, hər bir müraciətə həssas münasibət göstərilməsi, müraciətlərin mahiyyəti üzrə qərarların qəbulu, eləcə də işgüzar mühitin yaradılması, hesabatlılıq, şəffaflıq kimi prinsiplər nəticə etibarilə rayon icra hakimiyyətlərinin fəaliyyətinin daha da səmərəliləşdirilməsini, effektivliyin artırılmasını və vətəndaşların etimad ünvanına çevrilməsini təmin edəcək.
Ölkə Prezidentinin bu istiqamətdəki tapşırıqları və tövsiyələri Gədəbəydə fəaliyyət prioriteti kimi qəbul edilib. Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən proses dərindən öyrənilib, yerli spesifika diqqətlə araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq təcrübə mənimsənilib.
2019-cu il fevral ayının 15-dən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, daha məsuliyyətli, aşkarlıq şəraitində və vaxt itkisi olmadan xidmət göstərmək üçün Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Onu da xüsusi vurğulayaq ki, bu təsisat yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq məhz Gədəbəydə yaradılıb.
Prezident İlham Əliyevin müəllifi olduğu və Azərbaycanın milli brendinə çevrilən “ASAN xidmət”in iş metodlarının, fəaliyyət üslubunun tədricən tətbiq olunduğu və meyar kimi qəbul edildiyi Operativ Xidmət Mərkəzinin ən mühüm məram və məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini təmin etmək, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olmaqdır.
Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti yaxınlığında yeni bina inşa olunub. Binanın inşaat planı hazırlanarkən onun xidmət yönümünə uyğunlaşdırılmasına xüsusi önəm verilib. Qarşıdakı illərdə daha geniş fəaliyyət miqyasına malik olma perspektivinin də nəzərə alındığı layihənin icrası keyfiyyətlə həyata keçirilib.
Ən müasir zövqlə dizayn edilən, bütün zəruri maddi-texniki təchizatla, avadanlıqla təmin olunan bina 625 kvadratmetr sahəyə malikdir. Burada məlumat masası, server otağı, böyük monitor, ATS, 8 nəfərlik “dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “Milli Ön” aparatı, 9 bilgisayar dəsti mövcuddur. Vətəndaşların rahatlığını təmin edən gözləmə zalında 36 kreslo dəsti yerləşdirirlib. “Bu mərkəzin müəllifi məhz möhtərəm Prezidentimiz İlham Əliyevdir”, - deyən rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bildirib ki, dövlət başçısının qarşımızda müəyyənləşdirdiyi vəzifələrin əsas qayəsi vətəndaşa layiqli xidmət, əhalinin problemlərinin həllində qüvvələrimizi səfərbər etməkdir: “Cənab Prezidentin digər tələbi isə bu prosesdə ənənəvi üsullardan deyil, məhz müasir metodlardan, innovativ təşəbbüslərdən bəhrələnməkdir. Hamımızın qarşısında cənab İlham Əliyevin rəhbər kimi nümunəsi və örnək fəaliyyəti var. Yəni elə bu nümunənin timsalında hər bir məmur ən uğurlu fəaliyyəti göstərmək imkanındadır. Operativ Xidmət Mərkəzi də bu baxımdan dövlət başçısının tələb və göstərişlərindən irəli gələrək yaradılıb. Həmçinin ötən birillik fəaliyyəti dövründə də mərkəzin xidmət prosesi daim təkmilləşdirilib. Ona görə də, bütün gədəbəylilər böyük fərəhlə bu mərkəzi Prezident İlham Əliyevin əsəri hesab edirlər”.
Qeyd edək ki, yeni binada fəaliyyətə başlayacaq olan Operativ Xidmət Mərkəzi qeyd etdiyimiz kimi, artıq bir ildir gədəbəylilərin xidmətindədir. Ötən dövr ərzində vətəndaşların qəbulu prosesi tam yeni sistem əsasında aparılıb, müraciətlərin araşdırılması və müvafiq qərarların qəbulu işi innovativ standartlara uyğunlaşdırılıb. Rayon əhalisinə operativlik, şəffaflıq prinsipləri əsasında xidmət göstərən mərkəz sənədlərin rahat qəbul edilməsini, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını, həmçinin vətəndaşın eyni vaxtda və vahid məkanda rayon İcra Hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edir.
Mərkəzdə yeni sistemin tətbiqi artıq ümumi işlərə öz müsbət təsirini göstərməkdədir. Ötən bir il ərzində həyata keçirilən bu layihə rayon ictimaiyyətinin məmnunluğuna səbəb olub. Vətəndaşların etimadını doğruldan mərkəzdə xidmətlərin həm sayının artırılması, həm də keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.
Operativ Xidmət Mərkəzinə 2019-cu il ərzində 1200 (memarlıq sahəsi - 537, hüquq sahəsi - 218, iqtisadiyyat sahəsi- 319, humanitar sahə - 56, ərazi idarəetmə sahəsi - 70) müraciət daxil olub. Müraciətlərin 1188-i, yəni 99 faizi müsbət həll edilib, qalan 12-sinin isə müvafiq sənədləri uyğun gəlmədiyinə görə icrası mümkün olmayıb.
Qeyd edək ki, Operativ Xidmət Mərkəzi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də digər qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 41 xidmət sahəsini əhatə edir. Bunlar - Memarlıq və tikinti məsələləri üzrə - 16 xidmət, Hüquq məsələləri üzrə - 10 xidmət, Sosial-iqtisadi məsələlər üzrə - 7 xidmət, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər üzrə - 8 xidməti əhatə edir. Mərkəzdə rayon icra hakimiyyəti başçısının aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci, ümumilikdə 7 əməkdaş vətəndaşlara fasiləsiz xidmət göstərir.
Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada əhalinin problemlərinin operativ həlli məqsədi ilə “qaynar xətt” (164) yaradılmışdır. Vətəndaşların şifahi müraciətləri dərhal araşdırılır və onlara lazımi kömək göstərilir.
Mərkəzdə görmə qabiliyyəti olmayan şəxslərin rahat hərəkəti üçün də imkan yaradılıb. Binaya daxil olan belə şəxslər sarı zolaqda hərəkət edərək həm gözləmə məntəqəsində əyləşə, həm də növbəsi çatanda əməkdaşlara rahat yaxınlaşa bilir.
Operativ Xidmət Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir. Hər bir əməkdaş telefon və bilgisayar dəsti ilə təchiz edilib, həmçinin mərkəzdə yaradılan server otağı vasitəsilə yüksəksürətli internetə çıxış təmin olunub. Mərkəzdə xidmətlərdən istifadə qaydaları da ən müasir standartlara uyğundur.
Onu da bildirək ki, Operativ Xidmət Mərkəzi könüllülük işini vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qəbul edir. Mərkəzdə fəaliyyət göstərən 10 könüllü öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, xidmətin daim təkmilləşdirilməsində əvəzsiz rol oynayırlar.
Mərkəzdə fəaliyyət göstərən 10 könüllünün gündəlik iş prosesi də müəyyənləşdirilib. Könüllülər vətəndaşların qarşılanmasını və onları narahat edən məsələlərin dinlənilməsini həyata keçirir, müraciət edən vətəndaşlara düzgün izahat verilməsini və aidiyyəti üzrə istiqamətləndirilməsini təşkil edirlər.
Mərkəzdə fəaliyyət göstərən könüllülərə iki aydan sonra sertifikat verilir. Operativ Xidmət Mərkəzində könüllülərin fəaliyyəti rayon sakinlərində xoş təəssüratlar yaradır.
Ümumiyyətlə, sənədlərin aşkarlıq şəraitində qəbulu və vətəndaşa təqdimi, şəffaflığın artırılması, süründürməçilik və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mərkəzin fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Həmçinin vətəndaşın eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, işgüzar mühit, açıqlıq, məmnunluq, yerli dövlət hakimiyyəti orqanlarının qapılarının vətəndaşlar üçün hər zaman açıq olması, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması bu xidmətin əsas hədəflərindəndir.
Bu məramların dövlət başçısının tələblərini ehtiva etdiyini xatırladan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev söyləyib ki, icra strukturlarına etimadın daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi kimi məqamlar artıq real fəaliyyətdə ilkin uğurlu nəticələrini verir: “Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət təqdim edən mərkəzin fəaliyyəti nəticəsində əhalinin icra strukturuna inamı yüksəlir və tərəflər arasında anlaşılmayan məsələ qalmır”.
İbrahim Mustafayev Operativ Xidmət Mərkəzinin fəaliyyəti ilə yanaşı, digər uğurlu təşəbbüslərin də həyata keçirildiyini, Gədəbəydə vətəndaş məmnunluğunu yüksəldəcək yeni layihələrin üzərində işlədiklərini də qeyd edib: “Necə deyərlər, durmaq yox, yola davam... Fəaliyyət nə qədər uğurlu nəticələr versə də, bununla kifayətlənmək olmaz. Xidməti prosesi, inzibati fəaliyyəti, idarəçiliyə yanaşmaları daim yeniləməli, müasirləşdirməli, təkmilləşdirməliyik”.
Beləliklə, yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Gədəbəydə, xüsusən də ucqar dağ rayonu olduğunu nəzərə alaraq, yaradılan Operativ Xidmət Mərkəzi Prezident İlham Əliyevin tapşırıqlarının və tələblərinin uğurla icrasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, əhalinin icra strukturlarına qarşı etimad və inamının artmasına böyük töhfə verəcək. Vətəndaşlara 41 istiqamət üzrə keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət göstərmək məqsədinin uğurla həyata keçəcəyinə isə şübhə yoxdur. Çünki hədəf də düzgün müəyyənləşdirilib, gedilən yol da doğru seçilib.
Xəbər lenti
Hamısına baxİdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57

