2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
18.01.2020 [11:05]
Ötən il ölkəmizdə “Nəsimi ili” kimi yadda qaldı. Xalqımızın yetirdiyi bu böyük mütəfəkkirin 650 illik yubileyinə həsr olunmuş dövlət əhəmiyyətli tədbirlərlə Azərbaycan öz inkişafını, keçmişini, bu gününü və gələcəyini milli köklər üzərində qurduğunu, milli-mənəvi dəyərləri ən böyük sərvət bildiyini, gənc nəsli də milli ruhda, ənənəvi dəyərlər işığında tərbiyə etdiyini sərgilədi. “Nəsimi ili”nin Azərbaycanın müxtəlif məkanlarında gənc könüllülərin iştirakı ilə 650 min ağacın əkilməsi ilə tamamlanmasının, cənab Prezident İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə ağacəkmə tədbirlərində şəxsən iştirakının, İmadəddin Nəsiminin qardaşı Şah Xəndanın Şamaxıdakı türbəsinin ziyarətinə getməsinin, burada aparılan abadlıq işlərinin və 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsinin də şəxsən mənim üçün çox böyük rəmzi mənası var. Bunlar zahirən fərqli tədbirlər kimi nəzərə çarpsa da, hamısı böyük bir hadisənin, ümumi bir mənzərənin parçaları kimi birləşir.
Prezident İlham Əliyev Nəsimi, Şah Xəndan kimi tarixi şəxsiyyətlərimizə verdiyi dəyərlə xalqımıza öz böyüklüyünü dərk etdirir, bu fikir xəzinəsinə sahib xalqa kimlərinsə yuxarıdan aşağı baxmasına haqqının olmadığını göstərir.
Prezident İlham Əliyev “Nəsimi ili”ndən sonrakı ili “Könüllülər ili” elan etməklə xalqın mənəvi dünyasının ən dərin qatlarından gələn düşüncə xəzinəsini, ali dəyərləri gənc nəslə, gələcəyimizə ötürür. Fikrimizi obrazlı ifadə etsək, bir il əvvəl Nəsimi ruhuna sevgi ilə torpağın köksünə basdırılmış fidanlar, gənc könüllülərimizin həyatında, mənəviyyatında, Azərbaycana xidmətində, ağlında, zəkasında böyüyüb boya-başa çatır, Nəsimi ruhundan qidalanaraq, şirələnərək bəşəriyyətin gələcək tarixində boyumuzu uca, özümüzü min budaq edir. İlham Əliyev Azərbaycan xalqına qürur yaradır, qürur yaşadır. İlham Əliyev bu qürurun, bu düşüncənin müəllifi olan, öz xalqına yeni bir ruh gətirən, xalqın ruh yüksəkliyinə çevrilən Liderdir.
“Könüllülər ili”ndən söz düşmüşkən qeyd etmək istərdim ki, nədənsə könüllülər deyiləndə əsasən gənclər nəzərdə tutulur. Çox güman belə bir təsəvvür dünyada könüllülük hərəkatının tarixindən, bu sahədə beynəlxalq təcrübədən irəli gəlir. Dünyanın hər yerində könüllülük hərəkatının əsas hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə nəsə bir fayda vermək istəyi ilə dolu gənclərdir. Ona görə bizdə də “Könüllülər ili” deyəndə daha çox gənclərin ictimai fəallığı ilə bağlı, gənclərin fəaliyyəti ilə zəngin olacaq bir il gəlir adamın ağlına.
Fikrimcə, könüllülük qətiyyən yaşla məhdudlaşmır, üstəlik könüllülük müddəti də konkret bir zamanla, konkret bir tədbirlə yekunlaşmır. İnsan bütün yaşlarında, ömrünün bütün anlarında könüllü ola bilər və əslində olmalıdır. Könüllülük insanın ruh halıdır. Dünyaya və insanlara faydalı olmaq, özünü başqaları üçün gərəkli hiss etmək duyğusudur. Könüllülük bir könül işidir. Məşğul olduğun işə qəlbinin sevgisini qatmaqdır... Və məsələyə bu baxış bucağından yanaşanda mən Azərbaycanın birinci könüllüsü gözündə Mehriban xanım Əliyevanı görürəm. Bu qədər ağır missiyanı öz qəlbinin səsi ilə üzərinə götürmək, hər detalını gərgin zəhmət bahasına nəzarətdə saxlayaraq həyata keçirdiyin çoxşaxəli layihələrlə cəmiyyətə fayda vermək, göstərdiyin köməklə milyonlarla insanın ümid-pənah ünvanına çevrilmək ən böyük könüllülük deyilmi?!
Düşünürəm ki, bu, Mehriban xanıma doğulub böyüdüyü, sonra isə gəlini olduğu ailə ocaqlarından, görüb-götürdüyü böyüklərindən keçmiş davranış tərzidir, mənəvi tərbiyədir...
Bu gün Mehriban xanım məşğul olduğu bütün işlərə hansısa vəzifə öhdəliyi kimi yox, könül işi kimi yanaşır, ona qəlbinin sevgisini qoyur, məhz bu səbəbdən onun adı olan bütün işlər böyük uğur qazanır, insanlarda rəğbət doğurur.
Buna saysız-hesabsız nümunələr gətirilə bilər. Amma iki epizodik nümunə ilə kifayətlənəcəyik. Baxın, ölkənin Birinci vitse-prezidentinin bir şəhid anası ilə görüşməsi, ona diqqət göstərməsi normal haldır, vəzifə öhdəliklərindən irəli gələn bir tərzdir. Dünyanın bütün ölkələrində bunu edirlər. Amma o şəhid anasının yanında yerdə əyləşməsi, əllərindən tutması, doğma övladı kimi ona qəlbinin hərarətini, şəfqətini ötürməsi, bir anda bütün vəzifələri unudub o ananın balasına çevrilməsi artıq sevginin özüdür, insanın ruh halıdır. Dünyanın heç bir vəzifəsi, statusu o mərtəbədən üstün deyil... Mehriban xanım xalqın qəlbində, nəzərində bu üstün mərtəbədədir.
İnsanlar, xalqlar, dövlətlər öz işlərini vəzifə öhdəliyi kimi deyil, məhz könül işi kimi yerinə yetirən İlham Əliyev, Mehriban Əliyeva kimi şəxsiyyətlərə hər zaman ehtiyac duyurlar.
İnanıram ki, 2020-ci il ölkəmizdə daha çox gənc könüllülərin ili olsa da, könüllülük heç birimiz üçün heç bir zaman bitməyəcək. Prezident İlham Əliyevdən, Mehriban xanımdan örnək alaraq hamımız Azərbaycana, dünyaya, bəşəriyyətə, bu günə və gələcəyə bacardığımız qədər fayda verməyi bir ömürlük könül işimiz biləcəyik...
Hüseynbala Mirələmov
Yeni Azərbaycan Partiyasının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi, YAP Xətai rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

