/ / “Şəhidlər unudulmur” layihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib
“Şəhidlər unudulmur” layihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib
17.01.2020 [09:22]
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Aprel döyüşlərinin qaziləri və iştirakçıları, şəhid ailələrinin üzvləri, bu təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər.
Aprel döyüşçülərinin qazi və iştirakçılarının - Tahir Misirxanov, Üzeyir Nəcəfov, Cavad Cavadov, Ağakişi Əlizadə, Mübariz Məmmədovun məktəblilərin görüşünə gəlmələri şagirdlərin böyük marağına səbəb olub.
Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev şagirdlərlə görüşdə bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı və genişmiqyaslı iş aparılacaq. Bildirilib ki, layihə çərçivəsində 72 nömrəli məktəb-liseyin də dörd sinif otağına şəhidlərimizin adları verilib.
Sonra Aprel döyüşlərinin iştirakçıları və məktəbin əlaçı şagirdləri 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələrini sinif otaqlarının qapıları üzərinə həkk ediblər.
Məktəb-liseyin direktoru Fərqanə Abbasova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib. Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib. Fərqanə Abbasova şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.
Şəhid Vüqar Süleymanovun atası Natiq Süleymanov, Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev, Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova şəhidlərimizin qəhrəmanlıqları, Vətəni canlarından da çox sevmələri barədə məlumat verib, onların şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını deyiblər. Onlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Sinif rəhbərləri Hüsniyə İsmayılova, Nazimə Şahverdiyeva, Aida Şahbazova, Təranə Heydərova bu təhsil ocağının nümunəvi siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynadığını bildiriblər.
Sonra məktəb-liseyin kitabxanasında 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əl işlərindən ibarət “Azadlığa gedən yolun zirvəsi” adlı sərgiyə və şagirdlərin uğurlarını əks etdirən fotolardan ibarət stendlərə baxıblar.
20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbirində çıxış edən direktor Fərqanə Abbasova nümunəvi vətəndaşın yetişdirilməsi, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb. Direktor diqqətə çatdırıb ki, 72 nömrəli-məktəb liseyə adı verilən Fikrət Tağıyev də 20 Yanvar şəhididir. Bu il 90 illiyini qeyd edən məktəb-liseydə xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsi daim ehtiramla yad olunur. Azərbaycanın hərb tarixində mühüm yer tutan şanlı Aprel döyüşlərinin qazi və iştirakçılarının bu tədbirə qatılmaları məktəblilərin hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəlməsində önəmli rol oynayır.
Sonra məktəb-liseyin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Sonda şagirdlər “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan əsgərinə məktublar yazıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

