/ / Ölkə rəhbərliyinin Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib
Ölkə rəhbərliyinin Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib
16.01.2020 [09:47]
Yanvarın 15-də Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verib.
Bildirib ki, ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar ötən il də vaxtında və uğurla yerinə yetirilib. Şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni sosial layihələr reallaşdırılıb.
Ötən il görülmüş işlərlə bağlı statistik məlumatları açıqlayan Vüsal Hüseynov bildirib ki, ümumilikdə Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə edilib.
Bundan başqa, ötən il qaçqın statusu almaq üçün DMX-yə müraciət edənlərin sayında 7 faiz artım qeydə alınıb. Əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarlar 23 faiz azalıb.
Xidmət rəisi deyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da proritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, “Miqrasiya könüllüləri” İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verib. Həmçinin gənclərə Xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb.
Diqqətə çatdırılıb ki, 2019-cu ildən fasiləsiz iş rejiminə keçən Çağrı Mərkəzi həftənin hər günü 24 saat ərzində vətəndaşların zənglərini qəbul edir. Bu müddət ərzində zənglərin sayı 110 min 268 olub. Xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti son iki ildə ən yüksək nəticə (müvafiq olaraq 68,98 və 83,81 faiz) göstərib və ilk sırada yer alıb.
Vurğulanıb ki, 2014-cü ildən indiyədək 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb. Ölkəyə qaytarılan azərbaycanlıların böyük əksəriyyəti Almaniyada yaşayıb. Readmissiya olunan şəxslərdən Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrində yaşayan azərbaycanlılar da olub. Bu günə olan məlumata görə, 1323 nəfərin readmissiyası ilə bağlı sorğular daxil olub. Bu sorğular müsbət cavablandırılıb, lakin həmin şəxslərin geri qaytarılması reallaşmayıb. Ancaq onların da geri qaytarılması gözlənilir. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında reinteqrasiya üzrə işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə DMX-də fəaliyyət göstərən reinteqrasiya üzrə işçi qrupu tərəfindən 57-58 şəxsin ehtiyaclarını həyata keçirmişik.
V.Hüseynov qeyd edib ki, ötən il Azərbaycanda qanuni əsaslarla olan və yaşayanların sayı 232 min 692 nəfər olub. Bunlardan 97 min 293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayanlar, 135 min 399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müddətdə gələnlərdir. O bildirib ki, 2019-cu ildə 97 min 293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayanlardır. 2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan əcnəbilərin sayı 4681 nəfər olub. Bu da 2018-ci illə müqayisədə 31 faiz (6748) azalma deməkdir.
Ötən il Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozan əcnəbilərin sayı 14 min 834 olub. Bu da əvvəlki illə müqayisədə 23 faiz azalma deməkdir.
Xidmət rəisi onu da bildirib ki, DMX-nin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 2019-cu il ərzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz (1781) azalma deməkdir. Mərkəzdə saxlanılan əcnəbilərdən 21 faizi Pakistan, 19 faizi Türkiyə, 8 faizi İran, 6 faizi İraq, 6 faizi Gürcüstan, 40 faizi digər ölkələrin vətəndaşlarıdır.
Vüsal Hüseynov onu da vurğulayıb ki, ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbi vətəndaşlara “Yol sənədi”nin verilməsinə hazırlıq prosesi tam yekunlaşdırılıb. “Yol sənədi” və onun nümunəsi artıq hazırdır. Yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə bu sənədlərin verilməsi təmin ediləcək. Bununla bağlı tədbir də nəzərdə tutulub. Ölkəmizdə bu statusda yaşayan əcnəbilər “Yol sənədi” əsasında digər ölkələrə də səfər edə biləcəklər.
Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib və sonda media nümayəndələrinin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

