Yeni yaradılmış İnzibati və Kommersiya məhkəmələrinə 42 hakim təyin olunub
31.12.2019 [11:27]
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf etdirildiyini, 2019-cu ildə isə bu islahatların müasir çağırışlara uyğun yeni mərhələyə keçdiyini vurğulayıb. Qeyd olunub ki, bu mənada “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman məhkəmə sisteminin müstəqilliyinin möhkəmlənməsində və inkişafında, hüquqların məhkəmə müdafiəsinin gücləndirilməsində müstəsna əhəmiyyət kəsb edib.
Fərmanın icrası üzrə ötən dövrdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb, yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihələri hazırlanıb və dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni qanunlar qəbul edilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə regional məhkəmələr təsbit edilib.
Vurğulanıb ki, dövlətimizin başçısının 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Onların 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlaması nəzərdə tutulub. Yeni yaradılan məhkəmələrin fəaliyyətinin təmin olunması məqsədilə onların müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi üzrə zəruri tədbirlər görülüb, məhkəmə aparatları formalaşdırılıb. Həmçinin bu məhkəmələrin ərazi yurisdiksiyası və gözlənilən iş həcmi nəzərə alınmaqla hakim ştatlarının sayı müəyyən olunub.
Eyni zamanda, bildirilib ki, Fərmanın icrası üzrə bu ərəfədə qəbul edilmiş vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olan növbəti qanunvericilik paketi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında, ədalətli məhkəmə araşdırması hüququnun tətbiq olunmasında müstəsna rol oynayacaq.
2020-ci il martın 1-dən qüvvəyə minən yeni qanunvericiliyə uyğun olaraq məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq olunmasını təmin etmək məqsədilə yeni mexanizmlər yaradılır. Bu sahədə Ali Məhkəmə Plenumunun əhəmiyyəti artırılır, məhkəmə təcrübəsinə uyğun olmayan qərarların qəbulunun konkret hüquqi nəticələri, o cümlədən hakimlərin məsuliyyəti təsbit edilir.
Şurada yeni qanunvericilikdən irəli gələn məsələlərin vaxtında və düzgün icrası üzrə qarşıda duran vəzifələr müzakirə edilib, o cümlədən vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məhkəmə monitorinqlərinin keçirilməsi qaydasının müəyyən olunmasına dair konkret tapşırıqlar verilib.
Eyni zamanda, iclasda Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni yaradılmış İnzibati və Kommersiya məhkəmələrinin hakimlərlə komplektləşdirilməsi məqsədilə mövcud hakim korpusunun tərkibi nəzərdən keçirilib. Müzakirələr aparılaraq inzibati və kommersiya məhkəmələrinə hazırki mərhələdə 42 hakimin təyin edilməsi, onların tərkibinin rayon (şəhər) məhkəmələrinin təcrübəli hakimləri hesabına möhkəmləndirilməsi məqsədəmüvafiq bilinib.
Bununla əlaqədar, hazırlanmış təkliflər dövlətimizin başçısına təqdim olunub.
Təkliflər hazırlanarkən hakim kadrlarından daha səmərəli istifadə olunması məqsədilə müvafiq yerdəyişmələrin aparılması ehtiyacı nəzərə alınıb, habelə hakimlərin peşəkarlığına, müvafiq sahədə yüksək nəzəri və praktiki hazırlığına, mənəvi saflığına, etik davranışına xüsusi diqqət yetirilib.
Hər bir hakimin məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün fəaliyyətində qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etməsinin vacibliyi vurğulanıb.
Tədbirdə, həmçinin ali və apellyasiya məhkəmələrinin 8 hakiminin son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilib və onların məhkəmə sistemində uzunmüddətli fəaliyyətləri dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

