“Azərsu” Sabunçuda genişmiqyaslı işlərə başlayıb
28.12.2019 [09:54]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
“Azərsu ASC-dən verilən məlumata görə, Prezident İlham Əliyevin “Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Sabunçu rayonunda yeni layihələrin icrasına başlanılıb.
Sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Hazırda Ramana və Zabrat qəsəbələrində icra olunan layihələr çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı və Maştağa qəsəbələrində isə layihələrin icrasına hazırlıq görülür.
Ramana qəsəbəsində icra olunan layihə Ramana kəndi adlanan ərazini əhatə edir. Bu ərazidə bir neçə il öncə içməli su şəbəkəsi yaradılıb və sakinlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Lakin qəsəbə ərazisində kanalizasiya şəbəkəsi mövcud olmadığından tulantı suları açıq kanallara və şambolara axıdılıb. Sakinlərin bu sahədəki probleminin aradan qaldırılması məqsədilə layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb.
Yeni layihə çərçivəsində qəsəbə ərazisində müxtəlif diametrli borularla 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir. Şəbəkə üzərində 600-dək kanalizasiya baxış quyusu tikiləcək və yeni şəbəkədən abonentlərə birləşmə veriləcək.
Tikinti-quraşdırma işlərinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu layihələr qəsəbə sakinlərinin dayanıqlı içməli su ilə təmin olunmasına, həçminin tullantı sularının axıdılmasında yaranan problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Layihənin icra olunduğu ərazilərdə yol infrastrukturlarının yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində yeni layihələr həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

