/ / Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib
26.12.2019 [09:46]
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin, diaspor təşkilatlarının təmsilçiləri, media nümayəndələri iştirak ediblər.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın adından qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, 2019-cu ildə görülən işlər barədə məlumat verib. O, RAGB-nin üzvlərinin sayının ilbəil artdığını vurğulayaraq deyib ki, təşkilat Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq edir: “Biz birlikdə çox böyük yol keçmişik. Fəaliyyətimizə ən böyük qiyməti Leyla xanım Əliyeva verib. RAGB-nin 10 illiyi ilə bağlı keçirilən tədbirdə Leyla xanım təşkilatın zəngin keçmişinin, eləcə də parlaq gələcəyinin olduğunu söyləyib”.
Emin Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından dekabrın 24-də doğum gününü qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib: “Azərbaycan gəncləri harada yaşamasından asılı olmayaraq, hər zaman dövlətimizin və Prezidentimizin diqqətini və dəstəyini hiss edib. Biz buna görə cənab Prezidentə təşəkkürümüzü bildiririk”.
Daha sonra RAGB-nin fəal üzvlərinə gənclər təşkilatının inkişafına verdiyi töhfələrə görə fəxri fərmanlar təqdim edilib.
Tədbir Rusiyada fəaliyyət göstərən incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

