ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
14.12.2019 [09:38]
Dekabrın 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universiteti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında “Maliyyə” ixtisası üzrə birgə “MBA” (master of business administration) proqramını həyata keçirmək məqsədilə müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi universitetin fəaliyyətində beynəlxalq əməkdaşlıqlar qurmağa, əlaqələrini genişləndirməyə üstünlük verdiyini qeyd edib. O, müqavilənin hər iki müəssisənin beynəlxalq əlaqələrinə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, müqavilə ADA Universitetinin 2020-2021-ci tədris ilindən etibarən təklif etdiyi yeni magistr proqramının başlanğıcı olacaq. 2020-2021-ci tədris ilində qəbul planı 20 nəfərlik nəzərdə tutulub. Yerli və beynəlxalq tələbələrə açıq olan magistr proqramı hər iki ali təhsil ocağının professorları tərəfindən tədris ediləcək. Məzunlar baş qərargahı Böyük Britaniyada yerləşən “MBA” Assosiasiyası tərəfindən akkreditasiya olunmuş ikili diplom almaq imkanı qazanacaqlar.
“Maliyyə” ixtisası üzrə birgə “MBA” proqramının hazırlanmasında yaxından iştirak edən ADA Universitetinin Biznes İnstitutunun dekanı Elkin Nurməmmədov qeyd edib ki, ikiillik magistr təhsilinin birinci tədris ili əyani şəkildə ADA Universitetində, ikinci ili isə modul dərslər şəklində Moskvada keçiriləcək. Proqramın sonunda tələbələr Rusiyanın maliyyə bazarının aparıcı mütəxəssislərinin rəhbərliyi ilə elmi işlər yazacaqlar. Tədris edilən fənlər arasında müasir biznesin əlifbası hesab edilən “Menecerlər üçün İqtisadiyyat”, “Korporativ Maliyyə”, “Marketinq”, “Rəqəmsal Transformasiya”, “Tədqiqat Üsulları” da var. Tədris ingilis dilində aparılacaq. Qəbul zamanı üstünlük ən azı üç il iş təcrübəsi olan və İELTS ingilis dili imtahanından ən azı 6,5 bal toplayan namizədlərə veriləcək.
Elkin Nurməmmədov vurğulayıb ki, tədris proqramı müxtəlif sənayelər üzrə yüksək rütbəli maliyyə mütəxəssislərinin hazırlanmasına yardım edəcək. Sonda tələbələr əldə etdikləri nəzəri biliklər və praktiki təcrübə ilə maliyyə bazarları və institutlarını daha yaxşı anlayacaq, korporativ maliyyə istiqamətində düzgün qərarlar vermək, sərmayələri səmərəli şəkildə idarə etməyi öyrənəcəklər.
MGİMO-nun prorektoru Artyom Malgin vurğulayıb ki, hər iki təhsil ocağının nüfuzu icra edəcəyimiz “MBA” proqramını uğurlu etmək üçün məsuliyyətimizi artırır. Bu proqram daim irəliyə baxan və gələcəyini inkişaf edən maliyyə bazarlarında görən fərdlər üçün nəzərdə tutulub. Rusiyanın ən iri bankları, sığorta, maliyyə hüququ və tənzimləyici şirkətlərini təmsil edən müəllimlərimizin bu sahədə deməyə çox sözü var. Ona görə bu tədris proqramına qatılanlar təhsil zamanı, sadəcə, tələbə-müəllim münasibətləri deyil, potensial tərəfdaş münasibətləri quracaqlar.
Müqaviləni ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və MGİMO-nun prorektoru Artyom Malgin imzalayıblar.
İmzalanma mərasimindən sonra MGİMO-nun professoru Vasili Tkaçov tərəfindən açıq dərs keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

