Ürəklərdə yaşayan dahi insan
12.12.2019 [09:33]
Tarix fənnini öyrənəndə ən çox xoşuma gələn “xronologiya” sözü olub. Xronologiya dəftərimə hadisələrin qısa məzmununu, başlanma və bitmə tarixlərini yazırdım. O vaxt bilmirdim ki, dəftərimə yazdıqlarım tarixin narahat səhifələridir. Bilmirdim ki, ömür tariximiz də beləcə, hissə-hissə yaddaşlarımıza yazılır. O vaxt bilmirdim ki, yaddaşımın ən qiymətli yazısı ölməz Liderimin müqəddəs adı olacaqdır.
Fərqinə varmadan yaşayırıq ömrümüzün günlərini. Hər günümüzdə minlərlə tarixi hadisənin olduğunu düşünmədən, milyonlarla insanın bu günümüzdə olduğunu düşünmədən yaşayırıq ömür payımız. Hər gün keçmişimizə boylanmır, ömür tariximizin hər gününü hər anımızı səhifələmirik.
Ömrümüzün günlərini səhifələsək belə yaşadığımız hər gün, tanıdığımız hər kəs yaddaşımıza yazılmır ki. Yaddaşımız tanıdığımız hər kəsi özündə saxlamır. Ömür payımızda izi olmayan insanlar, fərqli olmayan günlər yaddaşımıza daxil olmur. Yaddaşımızda əsasən valideynlərimizi, övladlarımızı, doğmalarımızı... saxlayırıq. Yaşadığımız narahat anları və ən xoş günlərimizi yazırıq yaddaşımıza.
Bir də xilaskarımızı.
Xilaskar - özündən çox inandığın, güvəndiyin, ümid etdiyin insandır.
Ailələrdə çətinliklər olanda insanların inandığı valideyni, daha doğrusu, atası olur. Cəmiyyətdə isə ölkə rəhbərinə inanır, ona güvənirsən. Şükür edirsən ki ailəni, doğmalarını, Vətənini qoruya biləcək insan var. Şükür edirsən ki, arzuların paramparça olmayacaq. Şükür edirsən ki, ömrün yarımçıq qırılmayacaq, ömür payın əlindən alınmayacaq. Şükür edirsən ki, sabahların daha aydın, daha nurlu olacaq...
Yaşadıqları zamanı, ömür paylarını insanlar özləri seçmirlər. Seçə bilsələr belə tam sakit ömür sürüb dünyadan köçən neçə insan var ki? Həyatda elə bir insan yoxdur ki, çətinliklər yaşamasın.
Yaşamağa məhkum olduğumuz müharibələr, münaqişələr, çəkişmələr... Qarşıdurmaların səbəb olduğu itkilər... İtirdiklərimizin arxasında qalan acılar, ağrılar, kövrəlmələr, sızlamalar o qədərdir ki...
Varlığını hiss etməyən insanların ağrı-acılarına şərik olub çətinlikdən qurtarmaq, onları xoş günlərə çatdırıb firavan ömür yaşatmaq imkan xaricindədir.
Xilaskar - İmkansız olanı bacarandır.
İmkansız olanı bacarmaq üçün insanda İlahi güc olmalıdır. Qəlbin təmiz, amalın haqq-ədalət, ruhun pak olmalı, məqsədin daxili dünyanı əks etdirməlidir ki, İlahi gücü varlığında hiss edə biləsən.
İlahi güc insan olmayanın varlığında ola bilməz ki. Varlığında İlahi gücü tapmaq Tanrıya sığınmaq deməkdir. Haqq yolunda Tanrının sənə kömək olması deməkdir.
Bu dünyanın çək-çeviri o qədərdir ki... Yer üzərində milyardlarla insan var. Milyonlarla insana kömək etməyə ağıl, güc yetməz.
Xilaskar - ağlına və gücünə inanan insandır.
Heydər Əliyev kimi!
Heydər Əliyev Tanrının seçdiyi insan idi. Heydər Əliyev insanlara haqq yolunu göstərə biləcək qədər ağıla, çətinliklərdən qurtara biləcək qədər gücə sahib idi.
İllər yaz fəsli ilə başladığı kimi, Heydər Əliyevin ömür payı da güllü-çiçəkli bahar fəsli ilə başlamışdı. Dahi Liderimiz bu gözəl dünyamıza Özü ilə bərabər bahar gətirmişdi.
İnsanların bilmədiyi, heç vaxt bilməyəcəyi dünyaya gəldiyi gün və var olan dünyada ömürlərinin bitəcəyi andır. Var olan heç kim ömür payının qədərini bilmir, amma...
İnsanlar bu dünyada nə qədər yaşayacaqlarını bilməsələr də, necə yaşayacağını bilməlidirlər. Bu dünyada var olmaq, təkcə yaşamaq deyil ki... Təkcə yaşamağı deyil, yaşatmağı da bacarmaq lazımdır.
Heydər Əliyev bir ömür yaşayıb, milyonlarla ömür yaşadan Rəhbər idi.
Heydər Əliyevin Öz Vətəninə, Öz xalqına olan istəyi hüdudsuz idi.
Heydər Əliyev Öz varlığı ilə dünyanın gözəlliyinə gözəllik qata bilən İnsan idi.
Ömür payını əmin-amanlıqla yaşamaq əvəzi olmayan xoşbəxtlikdir.
Buna görə Heydər Əliyev bütün dünyada sülh istəyirdi. Bütün xalqların azad və sülh şəraitində yaşamasını istəyirdi.
Heydər Əliyev Öz ömrünü Vətəni, xalqı üçün yaşayan Rəhbər idi.
Heydər Əliyevin ömür tarixi heç bir insanın həyatı ilə müqayisə olunmayacaq qədər çətin, eyni zamanda, iftixar ediləcək qədər şərəflidir!
Heydər Əliyev sözlərlə ifadə olunmayacaq qədər böyük insan idi.
Bu dünyada var olan hər kəs bilməlidir ki, xalqını qorumağı bacaranlar Vətən torpağının üstündə möhkəm dayana bilərlər. Hər kəs bilməlidir ki, xalqına dəyər verənlər, xalqının çətin günündə özünü kənara çəkməyənlər, vəzifədə olsa da, olmasa da, öz köməyini əsirgəməyən insanlar milyonların sevgisini qazana bilərlər.
Heydər Əliyev hər kəsin sevdiyi, adı ilə qürur duyduğu rəhbər idi.
Heydər Əliyevin Öz gücünə inamı, xalqına olan sevgisi, qüdrətli öndər olması, nə olursa-olsun haqq yolundan geri çəkilməməsi, sülhsevərliyi Onu dünya xalqlarına sevdirmişdi.
Heydər Əliyev dünyada tanınan və imzası hörmətlə qəbul olunan Lider idi.
Heydər Əliyevin “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” sözləri Öz xalqına olan məhəbbətinin qədəridir.
Xalqına bu qədər sevgisi, Vətəninə bu qədər məhəbbəti olan rəhbəri sevməmək mümkün deyil. Heydər Əliyev minlərlə, milyonlarla insanın yaddaşında, qəlbində yaşayan Lider idi.
Heydər Əliyev bütün gözəlliklərə, yüksəkliklərə, ucalıqlara layiq İnsandır.
Milyonlarla insanın yaddaşında var olmaq, ölməzlikdir.
Heydər Əliyev xalqının qəlbində ölməzliyi qazanmış Rəhbər idi.
Heydər Əliyevin öpüb and içdiyi bayraq Vətəninin səmasında, adı insanların qəlbində ucalır.
Heydər Əliyev bizimlədir.
Mən inanıram ki, Heydər Əliyev insanların qəlbində əbədi olaraq yaşayacaqdır.
Sara Bağırova,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

