Nərimanov rayonunda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
09.11.2019 [10:22]
Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov və Xətai rayon təşkilatlarının gənclər birliklərinin birgə təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı Qara Qarayev adına 8 saylı Mərkəzi İncəsənət Məktəbində tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Qara Qarayev adına 8 saylı Musiqi Məktəbinin direktoru Əziz Qarayusifli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov və fəal gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək 1990-cı ildə ölkəmizdə baş verən hadisələrdən, 70 ildən sonra üçrəngli bayrağımızın xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ucaldılmasından, muxtar respublikanın Dövlət bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı müvafiq qərarlar qəbul edib. Belə ki, dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndidə, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.
YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev və YAP Xətai rayon Gənclər Birliyinin sədri Orxan Bayramov da çıxış edərək Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22

