Bakı Ali Neft Məktəbinin tələbəsi Beynəlxalq Astronavtika Konqresində iştirak edib
05.11.2019 [09:28]
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildiriblər ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edirlər.
Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətində Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının magistrantı Ramil Şükürov da yer alıb. Mötəbər beynəlxalq tədbir barədə fikirlərini bölüşən Ramil Şükürov bildirib ki, bu konqresin iştirakçısı olduğu üçün çox sevinir: “70-ci Beynəlxalq Astronavtika Konqresinin Vaşinqton şəhərində keçirilməsi əslində təsadüfi deyildi. Bu konqres Aya enişin 50-ci ildönümünə həsr olunduğu üçün məhz ABŞ-ın paytaxt şəhərində keçirildi. Tarixə bir qədər nəzər salsaq, görərik ki, konqres düz 46 il əvvəl - 1973-cü il oktyabr ayında keçmiş Sovet İttifaqında yalnız bir dəfə məhz Bakı şəhərində keçirilib. Bu da öz növbəsində Azərbaycan dövlətinin kosmonavtika tarixinin təməlini qoyub. Nəticə etibarilə, növbəti ildə təbii ehtiyatların tədqiqi üzrə kosmik texnologiyaların köməyilə elmi mərkəz yaradılıb və kosmik tədqiqatların aparılmasına start verilib. Həmin illərdə tədbirdə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edib. Hazırda isə bu konqres kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya toplamağa nail olub. Bu il Bakı şəhəri hər il keçirilən Beynəlxalq Konqresə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi var. Bu konqres Azərbaycanın turizm sektoruna müsbət təsirini göstərməklə yanaşı, ölkəmizin adət-ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq. Müsbət təsirlərə turizm sektoru ilə birlikdə kosmik sahənin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsi amilini də əlavə etmək olar”, - deyə Ramil Şükürov konqresin əhəmiyyətini qeyd edib.
R.Şükürov konqresə dünyanın bir çox universitetlərindən tələbələr qatıldığını və tədbirdə kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif sessiyalarda iştirak etdiyini də deyib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

