UNEC-də smart tələbə kartları təqdim edilib
02.11.2019 [09:53]
Noyabrın 1-də UNEC-də ilk dəfə olaraq smart tələbə kartının təqdimat mərasimi keçirilib.
Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilən “Smart tələbə kartı” layihəsi Prezidentin İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədini daşıyır.
Tədbirdə bank rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Təhsil Nazirliyinin rəsmiləri, universitetin müəllim-tələbə heyəti iştirak edib.
UNEC-in rektoru Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil ocağında dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı” ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını bildirib. Layihənin uğurla nəticələndiyini deyən rektor UNEC-də təhsil alanların ölkədə ilk dəfə tətbiq olunan “Smart tələbə kartı”na sahib olmalarından qürur duyduğunu ifadə edib. Professor Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan Elektron Universitet Modelinin üstünlüklərindən söz açıb, smart tələbə kartının həmin model çərçivəsində həyata keçirildiyini bildirib.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. Ali təhsil müəssisələri tələbələrinin bu layihəyə cəlb edilməsinin bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını vurğulayıb. Smart tələbə kartının ölkə ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də tətbiqinin təsadüfi olmadığını deyən Mərkəzi Bankın rəsmisi universitetin son 5 ildə innovativ layihələri ilə öndə olduğunu diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov dünyanın aparıcı universitetlərinin “Smart tələbə kartı” təcrübəsinin Azərbaycanın ali məktəblərində tətbiqini yüksək qiymətləndirərək, kartın əhəmiyyətindən danışıb. Bildirib ki, bununla bağlı ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı tələbə kartlarının hazırlanması və ölkədə təhsil alan tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar Azərbaycanda belə bir layihənin ilk dəfə reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduğunu bildirib və kartın üstünlüklərindən danışıb.
Sonra “Kapital Bank”ın nümayəndəsi smart tələbə kartı barədə təqdimat edib. Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə kartın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.
Sonda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident təqaüdçüsünə smart tələbə kartı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

