Binəqədi rayonunda “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində esse müsabiqəsi keçirilib
30.10.2019 [09:40]
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar keçirilən “Nəsimi dühası-650 il” adlı layihə uğurla davam edir. Belə ki, oktyabrın 28-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında layihə çərçivəsində Binəqədi məktəbliləri arasında esse müsabiqəsi keçirilib.
Müsabiqəyə başlamazdan əvvəl çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mütəfəkkir alimlərinə, şair və yazıçılarına həsr olunmuş bu cür layihələrin yüksək əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, dahi şəxsiyyətlərimiz hər zaman hörmətlə yad edilməli, onlar dünyaya tanıdılmalı, Azərbaycanımızın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti yaşadılmalıdır: “Eyni zamanda, istedadlı gənclərin üzə çıxarılması, onların cəmiyyətdə layiqli yer tutması üçün səylə çalışmalıyıq. Bu baxımdan bugünkü esse müsabiqəsi istər Nəsimi yaradıcılığının araşdırılması, öyrənilməsi, təbliğ edilməsi, gənclərə çatdırılması, istərsə də istedadlı şagirdlərimizin üzə çıxarılması baxımından olduqca vacibdir”.
Daha sonra şagirdlər esse müsabiqəsinə qoşularaq Nəsiminin həyatı, yaradıcılığı, fəlsəfi düşüncələrinə həsr olunmuş esselərini təqdim ediblər.
Qeyd edək ki, esse müsabiqəsində Binəqədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərin və İdrak liseyinin 9-10-cu sinif şagirdləri iştirak ediblər. Müsabiqənin qalibləri “Nəsimi dühası-650 il” adlı layihənin yekun tədbirində təltif ediləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50

