Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18.10.2019 [10:03]
Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olub, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, muxtar respublikada 2020-ci ilin məhsulu üçün 32 min hektar sahədə taxıl əkiləcək, onun da 6 min hektarı dəmyə əkinidir. Taxıl əkininə lazımi qədər texnika və avadanlıq cəlb olunub. Əkin şırım üsulu ilə aparılır. Bu məqsədlə toxumsəpənlərə şırımaçan aqreqat qoşulub. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində tələbata uyğun toxum ehtiyatı yaradılıb. Əkindən əvvəl toxumlar dərmanlanıb və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilib. Taxıl əkini hər bir sortun səpin normasına uyğun olaraq 180-200 kiloqram hesabı ilə aparılır, toxumla birlikdə torpağın strukturuna uyğun olaraq hər hektara 100 kiloqram zənginləşdirilmiş gübrə verilir. Bu günə qədər muxtar respublikada 21 min 901 hektar sahədə şum, 5 min hektardan artıq sahədə isə əkin aparılıb.
Bildirilib ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1350 hektar sahədə payızlıq taxıl əkini aparılacaqdır. Bu günə qədər 360 hektar əkilib. Əkində yerli şəraitə uyğun “Qobustan”, “Fatimə”, “Quality” və “Bezostya” məhsuldar toxum sortlarından istifadə olunur. Əkinə təsərrüfatın 20 texnikası cəlb olunub. Şırım üsulu ilə əkin və ərazidə qurulan qapalı suvarma şəbəkəsi məhsuldarlığı xeyli artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərin taxılçılığın inkişafı üçün geniş imkanlar yaratdığını bildirərək deyib: Mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, toxum və su ehtiyatının yaradılması, texnika təminatı imkan verir ki, muxtar respublikada taxıl əkinləri aqrotexniki qaydalara uyğun aparılsın. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması torpaq mülkiyyətçilərinin məhsuldar toxum sortları ilə təmin olunmasına, eyni zamanda, yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Toxumların dərmanlanması, şırım üsulu ilə əkinə üstünlük verilməsi, dövlət tərəfindən hər il yüz hektarlarla qapalı suvarma şəbəkələrinin qurulması məhsuldarlığı artırmışdır. Bu işlərin görülməsində məqsəd ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir.
Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənildiyini bildirib və bu işdə əməyi olanlara təşəkkür edib.
Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında aqrotexniki qaydalara əməl olunması ilə bağlı maarifləndirmə işlərinin aparılması, əkin atlaslarına əməl edilməsi, əkinə cəlb olunmuş texnikalara yerində texniki xidmətin göstərilməsi, qapalı suvarma şəbəkələri qurulacaq ərazilərin xəritələşdirilməsi, payız suvarma mövsümünə başlanılması və taxıl əkininin mütəşəkkil başa çatdırılması barədə aid qurumlara tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41

