Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Abadlaşan və gözəlləşən Sabunçu rayonu

Abadlaşan və gözəlləşən Sabunçu rayonu

23.12.2009 [09:18]

...Hələ bir neçə əsr əvvəl uzun barak evlərində neftçi ailələri yaşayan Sabunçu rayonu başdan-başa neft buruqları ilə örtülü olub. Hətta rus yazıçısı Maksim Qorkinin Bakı haqqında qeydlərində yer alan ərazinin də məhz Sabunçu olduğu güman edilir. Solğun və üzülmüş neftçilər, mazut gölməçələrinin kənarında oynayan uşaqlar...
Sovet dövründə isə bu rayon öz xüsusiyyətini- yəni neftçıxarma sahəsindəki fəaliyyətini saxlasa da özünün çoxsaylı və çoxmillətli əhalisinə görə fərqlənib. Hətta Sovet Bakısı üçün ənənəvi olan rəqs meydançalarının ən böyüyü Sabunçu rayonunda yerləşib. Paytaxtın məşhur “Cuhud məhəlləsi” də bu ərazinin payına düşüb.
Müstəqillik dövrünün Sabunçusu
Sabunçu rayonu on qəsəbəni özündə birləşdirir - Maştağa, Nardaran, Kürdəxanı kimi qədim adət və ənənələrin qorunub-saxlanıldığı kəndlərlə bərabər Bakıxanov, Zabrat, Ramana kimi yeni tipli qəsəbələr. Bütün ərazilərin bərabər inkişafı və çiçəklənməsi üçün Sabunçu rayonunda həyata keçirilən işlər məhz “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra geniş vüsət alıb.
Bu Sərəncama qədər isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaranmış keçid dövrünün yaşatdığı çətinliklərə Sabunçu rayonu ərazisində məskunlaşmış 29177 nəfər məcburi köçkün və qaçqının ağırlığı da əlavə edilmişdi. Amma aradan keçən qısa vaxt ərzində-Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət düzəlməyə başladı. Daha sonra bütün ölkədə olduğu kimi Sabunçu rayonunda da həyat yenidən canlandı və çiçəkləndi.
öncə təhsil və səhiyyə
“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra təhsil sahəsi üzrə Zabrat, Ramana, Bakıxanov, Sabunçu qəsəbələrində 4782 şagird yerlik 5 yeni məktəb binası inşa edilib. Müasir avadanlıqlarla təchiz edilən orta təhsil ocaqlarında təhsilin səviyyəsi də daim nəzarətdə saxlanılır. Bundan başqa, Maştağa və Sabunçu, Bakıxanov, Pirşağı və Kürdəxanı qəsəbə orta məktəblərinin əksəriyyətində yeni tədris korpusları inşa edilib. Nardaran və Kürdəxanı qəsəbələrində iki uşaq bağçası fəaliyyətə başlayıb.
Ramana qəsəbəsindəki 34 saylı xəstəxana və qəsəbə kitabxanası əsaslı təmir edilərək istifadəçilərin ixtiyarına verilib. ümumiyyətlə isə, proqram çərçivəsində rayonun 10 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb.
Səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Son illər bu sahəyə artan dövlət qayğısının bariz nümunəsi kimi Zabrat və Nardaran qəsəbələrində yeni xəstəxanaların tikintisini, Maştağa 1 saylı Ruhi Əsəb Xəstəxanasının əsaslı təmirini, Maştağada 7 saylı Xəstəxananın yenidən qurulmasını, Ramana 4 saylı Ruhi Əsəb Sanatoriyasının bərpasını göstərə bilərik. Sabunçu rayon 3 saylı Xəstəxanasının urologiya və infeksiya şöbələrinin əsaslı bərpası və təmiri, Ramana 34 saylı Zöhrəvi Xəstəxananın profilinin dəyişdirilməsi və tikinti işlərinin başa çatdırılaraq təhvil verilməsi də sakinlərə töhfə olub.
Qeyd edək ki, hazırda Sabunçu rayonunda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisəsi fəaliyyət göstərir.
Bakıxanov qəsəbəsindəki 4 saylı musiqi məktəbi, Nardaran, Maştağa, Ramana, Kürdəxanı qəsəbələrindəki kitabxanalar və Maştağadakı musiqi məktəbinin əsaslı təmiri də cənab Prezident İlham Əliyevin Sərəncamının tələbləri çərçivəsində həyata keçirilib.
Gənclərə və idman sahəsində çalışanlara töhfə olaraq Pirşağı, Balaxanı və Nardaran qəsəbəsində idman zallarının tikintisi başa çatdırılıb. Balaxanı sakinləri qəsəbədə inşası başa çatmaq üzrə olan idman mərkəzinin açılış gününü səbirsizliklə gözləyirlər.
Bura bizim evimizdir
Sabunçu rayonunda mənzil təsərrüfatı sahəsi üzrə nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq qəza vəziyyətində olan 7 yaşayış binası sökülərək yenidən tikilib, 4 qəzalı yaşayış binasının yenidən tikilməsi üçün isə sakinlərin köçürülməsi istiqamətində tədbirləri görülür. 17 yaşayış binası da əsaslı təmir olunub. Rayon ərazisində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinin məişət-kommunal şəraitinin yaxşılaşdırılması üçün binalarda təmir-bərpa işləri  aparılıb, onlara enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanılıb. Yeni il və Novruz bayramı ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkün, Qarabağ əlilləri, şəhid ailələri və digər aztəminatlı 4500-ə yaxın ailəyə ərzaq bağlamaları paylanıb, digər gündəlik tələbat malları ilə köməkliklər göstərilib. Son 2 ildə mərkəzi və şəhər təşkilatları və eləcə də daxili imkanlar hesabına rayonda xeyli tikinti, təmir və abadlıq işləri aparılıb və bu işlər hazırda da davam etdirilməkdədir.
Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Kürdəxanı qəsəbəsində müasir üslubda 2 mərtəbəli poliklinika binası tikilərək lazımi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Bakıxanov qəsəbəsindəki Heydər Əliyev parkında müasir fəvvarəli hovuz inşa edilib və 6 min kv.m-ə yaxın sahədə üzlük daşlar yenisi ilə əvəz edilib. Maştağa qəsəbəsindəki istirahət parkında yenidənqurma və abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin heykəli ucaldılıb. Bundan əlavə, qəsəbənin girişində repressiyaya məruz qalmış soydaşlarımızın və şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksin tikintisi və ətraf sahənin abadlaşdırılması işləri başa çatdırılıb. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı üçün Bakıxanov qəsəbəsində ikimərtəbəli inzibati bina inşa edilib və ətrafı abadlaşdırılıb.
Rayonun bütün qəsəbələrinin mərkəzi, o cümlədən, çoxmərtəbəli yaşayış binalarının məhəllədaxili yollarında asfalt örtükləri təzələnib, həmin ərazilərdə 11 nümunəvi həyət yaradılaraq müxtəlif avadanlıqlar quraşdırılıb.
Rayonun seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri aparılmaqla yanaşı, lazımi avadanlıqlarla təchiz edilib.
Rabitə sahəsi üzrə nəzərdə tutulan işlər də tamamilə yerinə yetirilib.
Qışa hazırlıq qənaətbəxşdir
Rayonun mənzil fondu və digər sosial obyektlərində 2008-2009-cu illər payız-qış mövsümünə hazırlıq üzrə təsdiq edilmiş tədbirlər planı çərçivəsində də xeyli işlər görülüb. Belə ki, mövsümə hazırlıqla bağlı indiyədək 26 qazanxana və 5 istilik məntəqəsində təmir işləri aparılıb, əksər məhəllədaxili və binadaxili istilikpaylama xətləri dəyişdirilib, 120 yaşayış binası, 18 məktəb, 8 uşaq bağçası, 6 səhiyyə obyekti istiliklə tam təmin olunub.
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Dövlət Neft Şirkəti və digər təşkilatların balansında olan 26 yaşayış binasının fasadlarında təmir-bərpa işləri aparılmaqla yanaşı, dam örtükləri bərpa edilib, 24 ədəd uzun müddət sıradan çıxmış vəziyyətdə olan lift təmir edilərək istismara buraxılıb. Bakıxanov, Maştağa, Pirşağı, Zabrat, Kürdəxanı qəsəbələrinin mərkəzi küçələrində 355 ədəd müasir tipli küçə işığı dirəkləri quraşdırılıb.
Tədbirlər planı çərçivəsində rayonun elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə Maştağa, Nardaran, Bilgəh, Pirşağı, Kürdəxanı, Bakıxanov, Sabunçu, Zabrat qəsəbələrində 37 ədəd yeni transformator quraşdırılıb, 24 transformator isə yenisi ilə əvəz edilib. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan bütün işlər yerinə yetirilib. Həmçinin, Sabunçu, Maştağa yaşayış massivində yeni yarımstansiya tikilib istifadəyə verilib, Bilgəh və Maştağa Subtropik Sovxozunda yarımstansiyalar yenidən qurulub.
Rayonun Maştağa, Sabunçu, Nardaran, Zabrat, Balaxanı, Ramana, Pirşağı və Kürdəxanı qəsəbələri tam qazlaşdırılmaqla yanaşı, bağ massivlərində əlavə olaraq uzun müddət qaz almamış 13 minə yaxın abonent qazla təmin edilib.
Əksər qəsəbələrin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə xətlər çəkilməklə yanaşı, nasoslar və qurğular quraşdırılıb. Bakıxanov qəsəbəsində 3 ədəd su anbarı və Sabunçu qəsəbəsində 1 ədəd su nasosxanası, Bilgəhdə isə su anbarı və nasosxanası tikilib.
Yol təsərrüfatı
İlin əvvəlindən Bakı-Aeroport yolunun rayon ərazisinə düşən hissəsində yolun yenidən qurulması və genişləndirilməsi işləri uğurla başa çatmaqdadır.
ümumiyyətlə, proqram çərçivəsində yol təsərrüfatı üzrə indiyədək rayonun bütün qəsəbələrinə yeni asfalt örtüyü salınıb. Sabunçu rayonunda həyata keçirilən tədbirlərdə ekologiya sahəsi də unudulmur. Belə ki, Balaxanı, Ramana, Sabunçu qəsəbələrinin mədən sahələrində mazutlu torpaqlar rekultivasiya edilir. Eyni zamanda, Pirşağı və Bilgəh qəsəbələrində qrunt sularının təmizlənməsi üçün təmizləyici qurğular tikilib.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 2050 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30