RİİB-in dəstəyi ilə çap olunan “Həftə-həftə hamiləlik” kitabının təqdimatı olub
08.10.2019 [09:36]
“Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin müəllimləri tərəfindən hazırlanmış “Həftə-həftə hamiləlik” kitabının Bakı Kitab Mərkəzində təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova “Hamiləlikdə İnkişaf Portalı”nın imkanları, istifadəçilərə faydasından, tətbiq olunan yeniliklərdən danışıb. Bu günədək portal çərçivəsində hamilə xanımların maarifləndirilməsi məqsədi ilə müxtəlif məlumat sessiyalarının, psixoloji konsultasiyaların və təlimlərin keçirildiyini və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev qadınların övlad sahibi olmazdan əvvəl maariflənməsi, sosial fəallığının artırılması, doğuşa psixoloji və tibbi hazırlığının mühüm şərt olduğunu bildirərək, “Hamiləlikdə İnkişaf Portalı” və “Həftə-həftə hamiləlik” kitabının bu baxımdan əhəmiyyətindən danışıb.
İştirakçılara “Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyətinə dəstək məqsədi ilə hazırlanmış kitabın əhatə etdiyi mövzular barədə məlumat verilərək, nəşrin bütün xanımlar üçün anlaşıqlı olan sadə dildə yazıldığı və uyğun qrafik şəkillərlə dolğun izah olunduğu diqqətə çatdırılıb.
“Hamiləlikdə İnkişaf Portalı” və “Həftə-həftə hamiləlik” kitabı, eyni zamanda, həkimlər, tələbə və rezidentlər üçün də faydalı məlumat mənbəyidir.
Tədbirdə, həmçinin portalın fəaliyyəti çərçivəsində hazırlanmış “HİP Kart”ın təqdimatı olub. Bildirilib ki, www.hip.az və ya İOS və Android əməliyyat sistemi üçün hazırlanmış mobil tətbiq vasitəsilə qeydiyyatdan keçmiş hamilə xanımların istifadəsi üçün nəzərdə tutulan bu kart, sahiblərinə tərəfdaş qurumların xidmətlərindən ödənişsiz və ya güzəştli əsaslarla yararlanmaq imkanı verir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

