/ / Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, YAP Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə xatirə turniri keçirilib
Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, YAP Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə xatirə turniri keçirilib
02.10.2019 [09:18]
Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəmanlar və şəhidlərin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə turnir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, əməkdar məşqçi Bahadur Həziyev, ictimaiyyət nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu prosesindən danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Qeyd edilib ki, hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordudur. Qarabağ döyüşlərində düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakininin şəhid olduğunu, 200 nəfərə yaxın sakinin ağır yaralandığını, 300-dən artıq rayon sakininin əlil olduğunu, 100 nəfərdən çoxunun itkin düşdüyünü qeyd edən A.Haxverdiyev 12 nəfər Qubadlı sakininin Milli Qəhrəman adına layiq görüldüyünü vurğulayıb. Tədbirdə Qubadlı sakinlərinin Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyi və bu uğurlu siyasi fəaliyyət sayəsində torpaqlarımızın yaxın zamanda işğaldan azad olunacağına əminlik ifadə olunub.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş və Milli Qəhrəman və Şəhidlik zirvəsinə yüksəlmiş, idmanın müxtəlif növlərində nailiyyətlər qazanmış idmançılar haqqında məlumat verib. Qeyd olunub ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Vurğulayaq ki, turnirdə Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan və digər rayonlardan olmaqla 98 nəfər idmançı öz qüvvələrini sınayıblar. Yarışda qalib gəlmiş idmançılar diplom, medal və YAP Qubadlı rayon təşkilatının fəxri fərmanları ilə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

