"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla icra olunmaqdadır
19.12.2009 [22:02]
2009-2013-cu illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul olunmasından bir ildən də az vaxt keçməsinə baxmayaraq, yola saldığımız il ərzində sənədin icrası ilə bağlı çox mühüm tədbirlər həyata keçirilib. ötən müddət ərzində regionların inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları və icra orqanları qarşıya qoyulmuş vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər edib. 2009-cu ilin ötən ayları ərzində Bakı şəhəri və onun qəsəbələrində, rayon mərkəzləri və ucqar yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar onu göstərir ki, yeni proqramın icrasının ilk ili çox uğurlu olub. Cari ildə geniş və əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib. Eyni zamanda, rayon və kəndlərdə həll olunmamış məsələlərin, əsasən də kommunal xidmətlərin təminatı və infrastrukturun yaxşılaşdırılması ilə bağlı tədbirlər planının həyata keçirilməsi bütün bölgələrin sosial-məişət qayğılarının minimuma enməsi üçün əlverişli imkanlar yaradıb. Bölgələrdə hər bir kəndin problemlərinin həll olunması üçün 200-ə yaxın tədbirlər həyata keçirilib. Xatırladaq ki, yeni Dövlət Proqramında tədbirlərin miqyası həddindən artıq genişdir və birinci proqramla müqayisədə bu konsepsiyada 300 əlavə tədbir nəzərdə tutulub. Belə ki, birinci proqramda 714 tədbir əks olunmuşdusa, hazırkı Dövlət Proqramında 1066 tədbir nəzərdə tutulub. Dünya maliyyə böhranına baxmayaraq, bölgələrdə istehsal və emal müəssisələrinin yaradılması davamlı şəkildə geniş miqyas alıb...
Yeni Dövlət Proqramının icrasına başlanılmasının dünyada maliyyə böhranın dərinləşdiyi bir dövrə təsadüf etməsinə baxmayaraq, hökumətin düşünülmüş makroiqtisadi siyasəti və böhrana qarşı effektiv tədbirlər görmək məharəti, respublikamızın dinamik inkişafını sürətləndirməklə yanaşı, regionlarda həyata keçirilən islahatların və layihələrin də dinamizminin yüksəlməsinə stimul verib. 2009-cu ildə bütün dövlətlərin ən mühüm iqtisadi rayonlarında böhranla bağlı real sektorun bir çox sahələri iflasa uğrayaraq fəaliyyətini dayandırdığı halda, Azərbaycanın rayonlarında belə bir hal nəzərə çarpmayıb. ümumiyyətlə, bölgələrin inkişafındakı pozitivlik davamlı olub və 2009-cu il ərzində iqtisadi artım tempi ilə müşayiət edilib. Bütün rayonlarda iş fəallığı əvvəlkitək yüksək olub, məşğulluğun səviyyəsi artıb və ümumilikdə real gəlirlərin həcmində pozitivlik müşayiət olunub. Bununla yanaşı, respublikamızın bölgələrində infrastruktur, sənaye, nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatının inkişafında əhəmiyyətli dəyişikliklər baş verib, rayonlara xarici investorların axını geniş miqyas alıb. Yerli istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb və ölkə sahibkarlarının xarici bazarlara çıxışı stimullaşıb. Yol və infrastrukturun yeniləşməsi sahibkarların yeni müəssisələr yaratmasında və istehsal olunan məhsulun bazarlara ixracında əhəmiyyətli rol oynayıb. Rayonlarda soyuducu kameraların və taxıl anbarlarının yaradılması istiqamətində işlərin sürətlənməsi isə iqtisadi inkişafa təkan verməklə yanaşı, əhalinin etibarlı şəkildə ərzaq məhsulları ilə təmin olunmasına dərin baza yaradıb. 2009-cu ilin ötən dövrü ərzində bölgələrdə onlarla istehsal və emal müəssisələrinin yaradılması davamlı şəkildə geniş miqyas alıb.
Prezident İlham Əliyevin 2009-cu ildə regionlara səfərləri davamlı xarakter alıb...
Qeyd etdiymiz kimi, 2009-2013-cu illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsindən 8 ay ötməsinə baxmayaraq, (sənəd aprel ayında təsdiq olunub) 2009-cu il üzrə bütün iqtisadi hədəflərin yerinə yetirilməsi nəzərdə tutulmuş plana uyğun olaraq vaxtında və əhatəli şəkildə icra olunub. Prezident İlham Əliyev regionların inkişafına xüsusi diqqət göstərdiyindən bölgələrdə həyata keçirilən yenidənqurma işlərini və layihələrin icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq rayonlara səfər edib. Dövlət başçısı 2009-cu il başlayandan indiyədək Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy, Şamaxı rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub.
Prezident İlham Əliyev 2009-cu il başlayandan indiyədək rayonlara səfərləri çərçivəsində Mingəçevirdə “River side” mehmanxanasının, Yevlaxda “EL-TV” regional televiziya şirkətinin, “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları zavodunun, “Qaradağ Sement” ASC-də yeni sobanın, Gədəbəy qızıl-mis zavodunun, Gəncədə “Ramada Plaza” mehmanxanasının, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, “Şahdağ” Elektrik Stansiyasının, Hacıqabulda kərpic zavodunun açılış və təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı, həmçinin, bir sıra infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub.
Dövlət başçısı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücünün, Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücüsünün, Bakıda beynəlxalq avtovağzal kompleksinin, Xırdalan dairəsində tunel tipli yolötürücünün, Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın və həmin rayonda Olimpiya İdman Kompleksinin, Masazır qəsəbəsi yaxınlığındakı körpünün, Naxçıvan-Sədərək avtomobil yolunun, Bilgəh-Sumqayıt avtomobil yolunun, Babək prospektindəki yeni yol qovşağının, Milli Məclisin yeni korpusunun, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının, Xətai və Babək prospektlərinin kəsişməsində tikilən körpü-tunelin, Heydər Əliyev prospektindəki yeni tunel yolunun və yeraltı piyada keçidinin, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Mingəçevirdə Heydər Əliyev muzeyinin, Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin, Naxçıvan şəhərində Heydər Əliyev Sarayının, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Talassemiya Mərkəzinin, Yevlax Şahmat məktəbinin, Yevlax Xalq Teatrı binasının, bu rayondakı Uşaq xəstəxanasının, Bərdə şəhərində musiqi məktəbinin, həmin rayonda Tarix-diyarşünaslıq muzeyinin və Müalicə-Diaqnostika mərkəzinin, Gədəbəydə Aşıq Musiqi Məktəbinin, Göygöl mədəniyyət və istirahət parkının, Bakı Tennis Akademiyasının, Psixonevroloji Uşaq Evinin, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının, əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Təzəpir məscid kompleksinin, Gimnastika Kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni binasının, Şərur rayonunda Olimpiya-İdman Kompleksinin, Naxçıvan şəhərində Doğum Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, Bəstəkarlar İttifaqının binasının, Hacıqabulda Uşaq Tibb Mərkəzinin istifadəyə verilməsi və təməlqoyma mərasimlərində də iştirak edib. Bütün bunlar Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı aparılan işləri yaxından izləməsinin və qayğısının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Qarşıdakı illərdə yeni dövrün tələblərinə uyğun olaraq bölgələrdə zəruri tədbirlər görüləcək...
Yeni Dövlət Proqramının əsas məqsədi və spesifik xüsusiyyəti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarət olduğundan 2009-cu ilin ötən dövründə həmin hədəflərin hər biri üzrə mühüm nəticələrin əldə edildiyini görmək olar. Yəni, bu müddətdə qeyri-neft sektorunda sürətli inkişaf və artım meyilləri qeydə alınıb, infrastruktur və əhalinin kommunal xidmətlərlə təminatı xeyli yaxşılaşıb, sahibkarlıq sektorunda əhəmiyyətli layihələr icra olunub, iqtisadiyyata investisiyaların cəlb olunması sürətlənib, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması nəzərə çarpıb, məşğulluq səviyyəsi yüksəlib. Təhsil, səhiyyə, mədəniyyət, elm və digər humanitar sahələrin inkişafı ilə bağlı layihələrin icrası da geniş vüsət alıb. Göründüyü kimi, hökumət proqramda nəzərdə tutulmuş bütün bölmələr üzrə tədbirləri yüksək səviyyədə yerinə yetirib. Nəticədə ölkəmizdə iqtisadi fəallıq artıb, sosial layihələr, investisiya və infrastruktur proqramları uğurla başa çatdırılıb. Bununla yanaşı, Dövlət Proqramına uyğun olaraq ölkə iqtisadiyyatının prioritet sahələrinə iri həcmli investisiyaların yönəldilməsi nəticəsində bir çox istehsal və emal müəssisələrinin fəaliyyəti bərpa edilib, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsi, sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin və iş yerlərinin açılmasına şərait yaradıb.
2009-cu ilin ötən ayları ərzində digər bölmələrdə müşahidə olunan artım tempi və makroiqtisadi mənzərə davamlı islahatların uğurlu məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Hökumət 2010-cu ildə və sonrakı illərdə bölgələrdə yeni dövrün tələblərinə uyğun olaraq zəruri tədbirlər görəcək. Bu müddət ərzində inkişafın dinamikası yeni tələbləri ortaya çıxaracağından hökumət buna uyğun addımlar atmağı planlaşdırır. Ən qabaqcıl texnologiyalardan istifadə olunması, beynəlxalq tələblərə uyğun layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, infrastruktur obyektlərinin tikintisi və müəssisələrin yaradılması zamanı yeni inkişaf erasının tələbləri nəzərə alınacaq və beynəlxalq standartlara uyğun qurulması yerinə yetiriləcək. 5 il ərzində ölkədə istehsalın genişləndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində rəqabətqabiliyyətli iqtisadiyyatın, infrastrukturun, investisiya mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
