Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
17.09.2019 [09:30]
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanaraq səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Əlaqələrin genişləndirilməsi, ədliyyə və məhkəmə islahatları, habelə antikorrupsiya təcrübəsi ilə tanış olmaq məqsədilə sentyabrın 16-da Çinin Ədliyyə Nazirliyinin baş müşaviri-nazir müavini Pu Zengfanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.
Ədliyyə naziri Fikrət Məmmədov Çinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi rolunu vurğulayıb. İki ölkə arasında hüquqi əlaqələrdən bəhs edən F.Məmmədov 2015-ci ildə dövlətimizin başçısının Çinə dövlət səfəri zamanı bu sahədə mühüm dövlətlərarası müqavilənin imzalandığını, nümayəndə heyətlərinin mübadiləsini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq xalqlarımız arasında qədim tarixə malik dostluq əlaqələrinin olduğunu, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ədliyyə orqanları arasında inkişafını qeyd edib, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə hazır olduğunu söyləyib, Çinin Ədliyyə nazirinin salamlarını çatdırıb.
Həmin gün qonaqların Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşü olub, Ədliyyə nazirliklərinin geniş tərkibdə nümayəndə heyətləri tərəfindən iki ölkənin məhkəmə-hüquq sistemi, bu sahədə aparılan islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
P.Zengfan Azərbaycanın Ədliyyə Nazirliyinin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən qanunvericilik, e-xidmət, qulluğa qəbul, beynəlxalq əməkdaşlıq və digər sahələrdə fəaliyyətinə böyük maraq göstərib, yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Baş müşavir-nazir müavini, həmçinin dövlətimizin başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə aparılan qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumatlandırılıb. Səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığının həyata keçirildiyi, bu sahədə Azərbaycanın dəstəyi ilə yaradılmış və təsis konfransı Çində keçirilmiş, ölkəmizin Ədliyyə nazirinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının mühüm rolu vurğulanıb.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi Muzeyi ilə tanış olublar.
Səfər zamanı Çinin nümayəndə heyətinin Dövlət İmtahan Mərkəzində, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində görüşləri olub. Qonaqların, həmçinin müasir məhkəmə infrastrukturu və elektron məhkəmə sisteminin tətbiqi, eləcə də Azərbaycan brendi olan və ədliyyənin müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğu doğuran və korrupsiyaya qarşı mübarizədə mühüm fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

