/ / Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
27.08.2019 [09:14]
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib. Bu avtomobillərin hamısının olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.
Yürüşə gələn tamaşaçılardan Dadaş Ağalarov doğma Bakıda belə tədbirlərin keçirilməsindən məmnun qaldığını bildirib. “Yürüşə kiçik oğlumla gəlmişəm. Oğlum da, mən də avtomobilləri, xüsusilə də retro avtomobilləri çox sevirik. Bu maraqlı tədbirdə ilk dəfədir ki, iştirak edirəm. Çox xoşuma gəldi və sərgi də yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, retro avtomobillər hər kəsin maraq dairəsindədir. Bu avtomobillər insanda nostalji hisslər yaradır. Belə tədbirlərin təşkili avtomobil həvəskarlarının bir yerə toplaşaraq fikir mübadiləsi aparmaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün çox əhəmiyyətlidir”, - deyə D.Ağalarov söyləyib.
İştirakçı Rauf Əzizov deyib: “Retro maşınlara 15 ildən çoxdur ki, həvəs göstərirəm. Bu həvəs məndə artıq bir hobbiyə çevrilib. Sərgiyə özümün yığdığım iki maşınla - “Zaporejts” və “Moskviç”lə gəlmişəm. Hazırda Volqa “Qaz-21” avtomobilinin üzərində işləyirəm. Sərgidə nümayiş olunan “Zaporejts” 1965-ci ilin istehsalıdır. “Moskviç” 427 furqon isə bağ həvəskarlarının ən çox sevdiyi maşın idi. Retro avtomobillərin sərgisi və yürüşünün təşkilinin gənclərimizin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilməsində böyük rolu var”.
Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var
Yürüş iştirakçısı Vaqif Quliyev tədbirə 1958-ci il istehsalı olan “Zapojets” markalı maşınla qatılıb.
“Həmişə Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi tədbirlərdə fəal iştirak edirəm. Bu tədbiri alqışlayıram. Klassik avtomobillərin sərgisi və yürüşü zamanı retro avtomobil sahibləri bir araya gəlir, fikir mübadiləsi aparırlar. Avtomobilimdən ancaq belə sərgi və yürüşlərdə istifadə edirəm. Hazırda dostumun xahişi ilə “Moskviç-403” modeli üzərində işləyirəm. Bir sözlə, retro avtomobillər mənim hobbimdir”, - Vaqif Quliyev belə deyib.
Klassik avtomobil sahibi olan Zaqatala rayon sakini Azər İmamov 1958-ci il istehsalı olan və babasından ona yadigar qalan “SMZ S-3A” markalı avtomobili üç ilə yığdığını və tədbirə bu avtomobillə qatıldığını bildirib. O qeyd edib ki, avtomobilin detallarını Rusiya, Gürcüstan və başqa ölkələrdən əldə edib. “Tədbir möhtəşəmdir və insanlar böyük həvəslə buraya maşınlara baxmağa gəlirlər”, - deyə A.İmamov qeyd edib.
Sərgi gənclər üçün də maraqlıdır
“Moskviç” klubunun rəhbəri Əlirza Əliyev avtomobillərin yürüşü və sərgisinin böyük bayrama çevrildiyini deyib. “İnsanlar böyük maraqla avtomobillərə yaxınlaşıb tarixi ilə maraqlanırlar. Düşünürəm ki, bu tədbir yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər üçün də çox maraqlıdır. Gənclər bu tədbirə böyük həvəslə qatılırlar. Klubumuz bu yaxınlarda fəaliyyətə başlayıb. Gələcəkdə sərgiyə daha çox avtomobillə qatılmağı planlaşdırırıq”.
Bu tədbirə şəhər sakinləri ilə yanaşı, paytaxtımıza gələn turistlərin də marağı böyük idi. Klassik avtomobillərin yürüşü və sərgisi şəhərimizin qonaqlarında unudulmaz təəssüratlar yaradıb. Moskvadan gəlmiş Nikolay Timofeyev sərgidə sovet istehsalı olan çoxsaylı retro avtomobillərin olmasından məmnun olduğunu bildirib: “Yürüş, eləcə də burada iştirak edən avtomobillər çox xoşumuza gəldi. Həm bu tədbirdə, həm də ümumiyyətlə, şəhərdə çox səmimi münasibət görürük. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir”.
Paytaxt sakinləri deyirlər ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər xüsusən onları görməyən gənclərdə daha çox maraq doğurur.
Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.
Yürüş-sərgidə “Ford Model A” (1930), “Fiat Balilla” (1933), “Mercedes Benz 220 B Cabrio” (1952), “Chevrolet Corvette” (1960), “Cadillac Eldorado” (1974), “VAZ 21011” - milis (1973), “Qaz 13”- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.
Bakı sakinləri və qonaqlar nadir avtomobil modellərini maraqla izləyiblər.
Tədbir çərçivəsində keçirilən klassik geyimlərin müsabiqəsi də tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Klassik avtomobillər və ötən illərin libasları modern Bakıda nostalji ovqat yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

