Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16.08.2019 [09:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Daşkəsən şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla şəhərdəki 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün suyun Qarainək bulaqları və Gurbulaq su mənbələrindən verilməsi qərara alınıb. Bu məqsədlə hər iki mənbədə suqəbuledici qurğular inşa olunub. Su mənbələrindən şəhərə qədər 20 kilometr magistral su kəməri çəkilib və ümumi həcmi 4500 kubmetr olan 4 su anbarı, 2 ədəd nasos stansiyası inşa edilib.
Daşkəsən şəhərində 17 kilometr paylayıcı su şəbəkəsi tikilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemi ilə Daşkəsən şəhərinə fasiləsiz suyun verilməsi təmin olunub. Şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Bu məqsədlə 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə hazırda məhsuldarlığı sutkada 3500 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ötən müddətdə Alunitdağ qəsəbəsinə suyun verilməsi təmin olunub.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, həmçinin istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina inşa edilir.
Qeyd edək ki, Daşkəsən şəhərində 1950-60-cı illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

