ADU-da media nümayəndələri mükafatlandırılıblar
20.07.2019 [09:31]
Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri mükafatlandırılıblar. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə və tələbəlik həyatını mətbuatda obyektiv və xüsusi şəkildə işıqlandırdığına görə təşəkkürnamə elan edilib.
ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib: “Universitetimizə obyektiv, xoş münasibət göstərən jurnalistlərə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.
Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - “Əkinçi”qəzetinin işıq üzü gördüyü gündə qeyd edilən Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. “Əkinçi” qəzetində həmin dövrlərin mütərəqqi ideyalarının əks olunduğunu deyən S.Zeynalova qəzetin xalqın maariflənməsində, yenilik və bəşəri ideyaların təbliğində mühüm rol oynadığını söyləyib. Prorektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib və bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib: “Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il martın sonunda imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bunun nəticəsidir ki, biz bu gün söz, məlumat azadlığı şəraitində yaşayırıq. Tarixə nəzər salsaq, görərik ki, həqiqətən, Azərbaycan mətbuatı zəngin və möhtəşəm yol keçib”.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova ADU-nun mətbuat üçün daim açıq olduğunu deyib. KİV nümayəndələri ilə universitetin dostluq etdiyini deyən prorektor bu dostluğun davam etməsini arzulayıb. Demokratik inkişafın əsas atributunun söz və mətbuat azadlığı, daşıyıcılarının isə kütləvi informasiya vasitələri olduğunu deyən prorektor bu gün mətbuatımızın əmin əllərdə olduğunu vurğulayıb. T.Cəfərova jurnalistlərə Azərbaycan dövlətinin inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Azərbaycanın ictimai fikrinə kifayət qədər təsir edə bilən jurnalistlərin toplaşdığını deyən “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, ADU-nun rektoru Kamal Abdullanın cəmiyyətə açıq insan olduğunu söyləyib. V.Rəhimzadə universitet rəhbəri başda olmaqla, əməkdaşların media ilə işinin düzgün qurulduğunu və KİV-in işinə daim dəstək olduqlarını bildirib: “Bizə verdiyiniz dəyərə görə sizə təşəkkürümü bildirirəm. Biz də ADU-nun həyata keçirdiyi yaxşı işlərə dəstək olacağıq”.
Daha sonra ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

