Azərbaycan ilə Türkiyə həmkarlar ittifaqlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir
13.07.2019 [10:30]
Bir millət, iki dövlət olaraq Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir. Dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkə həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələrin qurulmasına xidmət edir. Həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin təşkilatların qurultaylarında qarşılıqlı iştirakları, onun rəhbərlərinin mütəmadi görüşləri bu dostluğu daha da gücləndirir.
Ölkə rəhbərləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan şəxsi dostluq münasibətləri hər iki ölkənin həmkarlar ittifaqlarının rəhbərləri arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinə də güclü təkan verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, iyulun 10-da Türkiyənin paytaxtı Ankara şəhərində “Əmək, demokratiya, azadlıq, ədalət” şüarı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi “Hak-iş” Həmkarlar İttifaqları Konfederasiyasının XIV qurultayında AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Qurultayda Rəcəb Tayyib Ərdoğanın Azərbaycan nümayəndə heyəti ilə, onun rəhbəri AHİK-in sədri Səttar Möhbalıyevlə səmimi görüşməsi bizim ölkələrin dostluq və qardaşlığının sübutunun bariz nümunəsidir.
Qurultayda Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Avropa Həmkarlar İttifaqları Konfederasiyası, eyni zamanda, Türkiyənin digər həmkarlar ittifaqları və Albaniya, Gürcüstan, Qazaxıstan həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə həmin ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında ikitərəfli münasibətlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

