BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
12.07.2019 [09:45]
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Bakı Dövlət Universitetində (BDU) tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb. Respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildiyini bildirib. Ulu Öndərin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin 1969-cu ildə 50 illik yubileyində şəxsən iştirakını Onun hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən elmə, təhsilə böyük əhəmiyyət verməsi, diqqət ayırması ilə əlaqələndirib. Rektor həmin dövrdə yüksəkixtisaslı kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsini gələcəyə hesablanmış addım kimi qiymətləndirib. E.Babayev görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini vurğulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev Öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıdıb. Bahar Muradova vurğulayıb ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkilərinin keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdıran Bahar Muradova Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qaldığını bildirib.
Ulu Öndərə həsr olunmuş videofilmin nümayişindən sonra tədbir deputatlar Musa Qasımlı, Elman Nəsirov, BDU-nun professoru İzzət Rüstəmov və Tarix fakültəsinin tələbəsi Əli Babazadənin çıxışları ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

