Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib
09.07.2019 [12:40]
Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlara uyğun olaraq notariat xidmətinin təkmilləşdirilməsi çərçivəsində qanunvericilikdəki yeniliklərin notariuslar tərəfindən mütəmadi qaydada öyrənilməsinə və mütərəqqi təcrübələrə yiyələnməsinə, onların beynəlxalq əlaqələrinin genişlənməsinə böyük əhəmiyyət verilir. Bu sahədə notariusların fəaliyyətinin əlaqələndirilməsində, onların peşə hazırlığının artırılması məqsədilə təlimlərin təşkilində, notariat sahəsində müsbət təcrübələrin təşviqində, digər dövlətlərin notariusları, həmçinin beynəlxalq təşkilatlarla səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirilməsində notariat palataları mühüm rol oynayır. Notariusların müstəqil özünüidarə orqanı olan notariat palataları dünyanın bir çox inkişaf etmiş ölkələrində fəaliyyət göstərir, həmçinin 80-dən çox dövlətin notariusları Beynəlxalq Notariat İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edirlər.
İyulun 8-də Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul şəxsləri, ölkədə fəaliyyət göstərən notariuslar, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.
Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib ki, ölkəmiz üçün yeni olan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.
Təsis yığıncağında çıxış edən Ədliyyə nazirinin müavini Toğrul Musayev vurğulayıb ki, bu gün Azərbaycan notariat tarixində, hər bir notariusun həyatında və bütövlükdə hüquq ictimaiyyəti üçün əlamətdar hadisədir. Biz böyük inkişaf yolu keçən və daim təkmilləşməkdə olan notariat institutunun daha bir təntənəsinin - Azərbaycan Notariat Palatasının yaradılmasının şahidi oluruq. Notariat Palatasının yaradılması ölkəmizdə də gündəlikdə olub. Bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib, Beynəlxalq Notariat İttifaqı ilə uzun illər sıx əməkdaşlıq, digər dövlətlərin notariat palataları ilə səmərəli qarşılıqlı fəaliyyət, yaxşı təcrübələrin öyrənilməsi məqsədilə birgə tədris tədbirlərinin mütəmadi təşkili nəzərə alınaraq ölkəmiz üçün potensial Notariat Palatasına dair müvafiq təkliflər hazırlanıb. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında - Azərbaycan ədliyyəsinin 100 illiyi ərəfəsində “Notariat haqqında” Qanuna edilmiş əsaslı dəyişikliklərlə Azərbaycanda Notariat Palatasının yaradılması təsbit olunub.
Toğrul Musayev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı iqtisadi inkişafının təmin olunduğunu, əhalinin həyat şəraitinin xeyli yaxşılaşdığını, mülki dövriyyənin dairəsinin genişləndiyini vurğulayıb, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb, xüsusi notariat institutu geniş tətbiq olunub. Notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sisteminin istifadəyə verilməsi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Eyni zamanda, ictimai xidmətlərin müasir modeli olan “ASAN xidmət” çərçivəsində verilən sənədlərin yarıya qədəri həmin mərkəzlərdə fəaliyyət göstərən xüsusi notariusların rəsmiləşdirdiyi sənədlərdir.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin nailiyyətlərinin, o cümlədən “ASAN xidmət” təcrübəsinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdıran nazir müavini ötən ay Bakıda "2019 Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlər Forumu və Mükafatlandırılması Mərasimi"nin keçirilməsini və Forumun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dərin və məzmunlu çıxışını xüsusilə qeyd edib. Həmçinin bildirilib ki, yeni qanunvericiliyə əsasən, notariat sahəsində mütərəqqi innovasiyalar, o cümlədən vətəndaşlara istənilən yerdə notariat hərəkətlərinin aparılmasına, təxirə salınmayan hallarda səyyar və məsafədən xidmətlərin göstərilməsinə, notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası və mobil notariat qovluğu istifadəyə verilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artır və bir çox dövlətlər Azərbaycanın müsbət təcrübəsindən bəhrələnirlər.
Notarius vəzifəsinin olduqca əhəmiyyətli peşə olduğunu bildirən nazir müavini diqqətə çatdırıb ki, hər bir notarius vəzifə borcunu ləyaqətlə icra etməli, vətəndaşlara hər zaman layiqli xidmət göstərməli, qanunun aliliyini, "ASAN" standartlarını daim rəhbər tutmalı, notariusun etik davranış Kodeksinə dönmədən əməl etməlidir.
T.Musayev notariuslar arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq notariat ittifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi və notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkəmizin tarixində ilk dəfə olaraq yaradılan Notariat Palatasının əhəmiyyətinə toxunub, palatanın notariat fəaliyyətinin səmərəli təşkilində, bu sahədə Ədliyyə Nazirliyinə kömək göstərilməsində önəmini qeyd edib, onun fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsiplər əsasında quraraq ölkəmizdə müasir tələblərə cavab verən notariat institutun inkişafına töhfə verəcəyinə və ictimaiyyətin böyük rəğbətini qazanacağına əminliyini ifadə edib.
Tədbirdə açıq səsvermə yolu ilə seçilmiş iclasın sədri, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Əbülfəz Bünyatov gündəlikdə duran məsələlər barədə məlumat verib və gündəlik təsdiq olunub.
Sonra Palatanın nizamnaməsi yekdilliklə qəbul olunub və beləliklə Azərbaycan Notariat Palatası təsis edilib.
Daha sonra Palatanın idarəetmə orqanlarına seçkilər keçirilib, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri seçilib.
Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi Mehman Soltanov çıxış edərək hüquq sisteminin tərkib hissəsi kimi vətəndaşlarının hüquqlarının həyata keçirilməsində əvəzedilməz rol olan notariat sahəsində yeni bir təşkilatın – Notariat Palatasının yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün notariat fəaliyyətinin qanunvericilik və informasiya texniki bazası təkmilləşdirilərək effektiv şəkildə günün tələblərinə uyğunlaşdırılıb. Belə bir şəraitdə notariat xidmətlərinin keyfiyyətinin artırılması da notariuslar üçün prinsipial məsələlərdən biridir.
Vətəndaş cəmiyyətinin nümayəndələri Rauf Zeyni və Əliməmməd Nuriyev çıxış edərək Notariat Palatasının ölkədə notariusların fəaliyyətinin səmərəliliyinin artırılmasına və təşkilatlanmasına, bu sahədə yaxşı təcrübələrin mübadiləsinə, onların beynəlxalq qurumlarla daha fəal əməkdaşlıq etməyə imkan yaradılmasına xidmət edəcəyini vurğulayıblar.
Sonda ən yüksək şəraitli notariat ofisi müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

