/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb
09.07.2019 [10:34]
İyulun 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda və Talassemiya Mərkəzində olub, burada müalicə alan uşaqlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gəlib. Məlumat verilib ki, hazırda burada 135 uşaq müalicə alır. Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlanıb, xəstəxananın müxtəlif şöbələrində müalicə alan uşaqlarla görüşüb, onların valideynləri ilə söhbət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzulayıb, onlara hədiyyələr təqdim edib.
* * *
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində olub.
Burada Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə olunan uşaqlar, onların reabilitasiya prosesi haqqında məlumat verilib.
Leyla Əliyeva mərkəzdə müalicə olunan uşaqlarla görüşüb, onları müxtəlif hədiyyələrlə sevindirib.
1971-ci ildə inşa edilən bu mərkəzin, həmçinin cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında da müstəsna xidmətləri var.
Leyla Əliyeva kollektivə uğurlar arzulayıb, burada müalicə olunan uşaqlara şəfa diləyib.
* * *
Leyla Əliyeva Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutuna gəlib.
Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verilib. Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə də tanış olub. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan bu layihə burada müalicə olunan məktəbyaşlı uşaqlar üçün distant təhsil almaq imkanı yaradır.
Ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.
* * *
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Talassemiya Mərkəzində olub. Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı çox mühüm tədbirlər görür, bu istiqamətdə ixtisaslaşmış peşəkar kadrların yetişməsi üçün zəruri proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi bu xəstəlikdən əziyyət çəkən insanların şəfa ocağına çevrilib. Elə mərkəzin yaradılmasında da əsas məqsəd ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

