ADNSU-da 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
28.05.2019 [09:44]
Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkilləri Hikmət Babaoğlu, Hüseynbala Mirələmov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. Cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan danışan rektor, professor Mustafa Babanlı Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən rektor Mustafa Babanlı hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən Hikmət Babaoğlu bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, böyük işlər gördüyünü qeyd edib.
Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov uzun illər Rusiya imperiyasının əsarətində qalan ölkənin olduqca mürəkkəb tarixi şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini qeyd edib. Müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yarandığını diqqətə çatdıran H.Mirələmov demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan olunması, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkilinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirildiyini bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov hazırda müasir Azərbaycan Respublikasının şanlı tarixi yol keçmiş Cümhuriyyətin varisi olmasından hər bir Azərbaycan vətəndaşının şərəf duyduğunu bildirib. O, hazırda Azərbaycanın heç vaxt olmadığı qədər güclü olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

