Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18.05.2019 [09:42]
Nərminə Yunusova: Bu gün Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğı, yaradılan şərait dövlətimizin başçısının yürütdüyü uğurlu gənclər siyasətinin nəticəsidir
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Bütün sahələrin tərəqqisini təmin edən uğurlu siyasətin həyata keçirilməsi, müasir çağırışlara uyğun yeni nəsil islahatların ardıcıl olaraq reallaşdırılması bütövlükdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirib. Həyata keçirilən uğurlu daxili və xarici siyasət güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycanın qarşısında yeni perspektivlər açıb.
Şübhəsiz ki, son dövrlərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atır, cəmiyyət həyatında mühüm rol oynayırlar. Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunurlar.
“Yeni Azərbaycan” qəzeti olaraq başladığımız “Azərbaycan gəncinin tribunası” adlı rubrika da ölkəmizin ictimai-siyasi həyatında, elm, təhsil, iqtisadiyyat, idman sahələrində fəallıqları ilə seçilən gənclərimizin ictimaiyyətə tanıdılması məqsədi daşıyır. Rubrikamızın növbəti qonağı isə Nərminə Xalid qızı Yunusovadır. Qeyd edək ki, Nərminə Yunusova 21 iyul 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Arif Hüseynzadə adına 20 saylı məktəb-liseydə orta təhsilini aldıqdan sonra 2007-ci ildə Xəzər Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. O, 2011-2013-cü illərdə Azərbaycan Dillər Universitetinin ümumi dilçilik ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bununla yanaşı, 2013-cü ildə Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının dil nəzəriyyəsi ixtisası üzrə doktorantura pilləsində dissertant olaraq təhsilini davam etdirən N.Yunusova 2017-ci ildə doktorantura pilləsini bitirib. Hazırda fəlsəfə doktorluğu üzrə müdafiəyə hazırlaşır. Nərminə Yunusova həmişə ictimai-siyasi proseslərdə fəal gənc kimi iştirak edir. Bu fəallığın nəticəsidir ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulan Nərminə 2013-cü ildən rayon təşkilatının baş məsləhətçisi vəzifəsində çalışır. O həmçinin cari il aprelin 25-də keçirilən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransında rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
“Könüllülük fəaliyyəti biz gənclərin potensialının üzə çıxarılması üçün əlverişli imkanlar yaratdı”
İctimai fəaliyyətinin aktiv dövrünə magistr pilləsində təhsil alarkən başlayan həmsöhbətimiz 2012-2014-cü illərdə Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyi tərəfindən təşkil olunmuş yay və qış məktəblərində moderator, məsul şəxs olaraq iştirak edib. Bununla yanaşı, gənc könüllülər sırasında öz yerini alan Nərminə müxtəlif beynəlxalq tədbirlərdə də iştirak edib: “Mən də tələbə ikən Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatına qoşuldum. Düşünürəm ki, könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması üçün əlverişli imkanlar yaratdı. Həmçinin ölkədə və xaricdəki həmyaşıdlarımızla qarşılıqlı əlaqələr qurmağa sövq etdi. Nəticədə bir sıra beynəlxalq konfranslarda iştirak etdim. Bütün vətəndaşlarımıza, xüsusilə də gənclərə könüllülər hərəkatında yaxından iştirak etməyi tövsiyə edirəm”.
Qeyd edək ki, həmsöhbətimiz 2012-ci ildə Beynəlxalq Mətbuat İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilən “Neft, qaz və media” konfransında, 2013-cü ildə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin Qadınlar Qolunun birinci iclasında və İCAPP Gənclər Qolunun ikinci görüşündə könüllü olaraq fəaliyyət göstərib. O, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan gənclərinin VII və VIII forumlarına da nümayəndə olaraq qatılıb.
Nərminə xarici dil bilgisini inkişaf etdirmək üçün 2012-ci ilin avqust ayında Şimali Kipr Türk Respublikasında (ŞKTR) “English Language and Study Skills” mövzusunda təlim keçib. 2013-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin seçkilərində beynəlxalq müşahidəçiləri tərcüməçi qismində müşayiət edib.
2016-cı ildə “Qovuşan dəyərlər” adlı layihə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi olaraq, fondun maliyyə dəstəyi, YAP Gənclər Birliyi, YAP Nərimanov rayon təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qovuşan dəyərlər” adlı layihəni həyata keçirib: “Sosial çarxda Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olduğunu, respublikamızda müsəlmanlarla yanaşı, başqa dinlərin nümayəndələrinin də yaşadığını və birgə fəaliyyət göstərdiklərini əks etdirmişəm”.
N.Yunusova 2018-ci ildə YAP Gənclər Birliyinin Avropa Demokratik Gənclər Birliyinə (DEMYC) üzv seçilməsi ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib. Adları çəkilən konfranslarda fəal iştirakına görə bir çox fəxri fərman, təşəkkürnamə və sertifikatlarla təltif olunub.
Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir
Hazırda N.Yunusovanın rəhbərlik etdiyi YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyi gənclərin intellektual səviyyəsinin artırılması, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsənilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirir. Bunlardan ən önəmlisi Ulu Öndər Heydər Əliyevin irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, həmçinin Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlara, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətə həsr olunmuş ideoloji işlərin aparılması, gənclərin maarifləndirilməsi üçün həyata keçirilən layihələrdir. Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkül və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan N.Yunusova xatırladıb ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təbliğ edirlər. Nərminə Yunusova həmçinin deyib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti uğurla həyata keçirilir: “Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı layiqincə təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”.
YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edirlər
“Əlbəttə, gənc olmaq, gənclik illərini sabit, güclü və qüdrətli ölkədə qayğısız yaşamaq hər bir gəncin arzusudur. Bu gün Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğı, bizim inkişafımıza verilən dəstək, yaradılan şərait dövlətimizin başçısının yürütdüyü uğurlu gənclər siyasətinin nəticəsidir. Danılmaz faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev gənclər siyasətini uğurla həyata keçirir və bunun nəticəsində mühüm nailiyyətlər qazanılır. Bu gün hər bir azərbaycanlı gənclərimizin uğurları ilə öyünür və qürur duyur. YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Partiyamızın 730 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. Azərbaycanın getdikcə daha çox sayda fəal, vətənpərvər gəncləri öz siyasi talelərini YAP-la bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Qürurverici haldır ki, təhsil, elm, mədəniyyət, incəsənət və idman sahələrində Azərbaycan bayrağını dalğalandıran, himnimizi səsləndirən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını özünün əsas vəzifəsi sayan yüksək intellektli vətənpərvər gənclərimiz var”, - deyə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri söyləyib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

