Ümummilli Lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub
08.05.2019 [09:35]
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müasir tariximizdə danılmaz rolu olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil edilib, o cümlədən ədliyyə fəaliyyətinə cəlb olunmuş böyük bir qrup gənc könüllülərlə nazirliyin rəhbərliyinin görüşü keçirilib, ədliyyə işçiləri qanvermə aksiyasına qoşularaq fəallıq nümayiş etdiriblər. Eyni zamanda, nazirlikdə Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda Ümummilli Liderə həsr olunmuş filmlər, eləcə də fotoslaydlar nümayiş etdirilib, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.
Mayın 7-də Ədliyyə Nazirliyində Ulu Öndərin doğum gününə həsr olunmuş geniş yığıncaq keçirilib. Əvvəlcə əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi yad edilib.
Tədbirdə Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, dövlətçilik irsindən ətraflı söhbət açılıb, Ümummilli Liderin zəngin fəaliyyətinə həsr olunmuş xüsusi film nümayiş etdirilib.
Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən Ulu Öndər Heydər Əliyevin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, ədliyyə və məhkəmə sisteminə qayğısından danışıb, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli davamlı tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib.
Dahi öndərin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 15 illiyi qeyd olunan Heydər Əliyev Fondunun səmərəli xidmətləri, çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti vurğulanıb.
Yığıncaqda Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğu, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı qeyd edilib, ədliyyə işçilərinin Ulu Öndərin dövlətçilik prinsiplərinə sadiq qalacaqları, respublikamızın inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində Azərbaycan Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəkləri bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

