/ / Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti Malayziya Beynəlxalq İslam Universitetində olub
Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti Malayziya Beynəlxalq İslam Universitetində olub
01.05.2019 [09:32]
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel 2019-cu il tarixində Malayziyaya səfər çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetini (MBİU) ziyarət edib. Səfər çərçivəsində MBİU-nun tədris işləri üzrə prorektoru, professor İsarji Sarudin, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nur Fəridə Abdul-Manaf, beynəlxalq əməkdaşlıq və təqaüd proqramları üzrə direktor, professor Davud əl-Hidabi ilə görüşlər keçirilib. Görüşlərdə ali təhsil müəssisələrinin yaranma zərurəti, fəaliyyət istiqamətləri, ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Aİİ nümayəndə heyəti Universitetin İslam vəhy elmləri və humanitar elmlər fakültəsinin tədris proqramları, tədris və tədqiqat metodları, kitabxana, tələbə yataqxanası, kitab mağazası, idman kompleksi, həmçinin MBİU-nun nəzdində Sultan Hacı Əhməd Şah Məscidi ilə tanış olub.
Görüşün sonunda ali təhsil müəssisələri arasında Niyyət Protokolu imzalanıb.
Protokol tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, akademik, elmi və mədəni əlaqələrin qurulması məqsədi daşıyır. Eyni zamanda, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi, elmi tədqiqat proqramları və layihələrinin birgə təşkili, müəllim və tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.
Azərbaycan İlahiyyat İnstitutu xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məqsədilə səfərlər təşkil edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

