/ / Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
24.04.2019 [09:23]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin rəhbərləri ilə “Azərbaycan Respublikasında aqrar islahatlar” mövzusunda görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadənin moderatorluğu ilə keçirilib.
Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək görüşün keçirilməsində məqsədin Azərbaycanın aqrar sektorunda aparılan islahatlar barədə məlumat verməklə yanaşı, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etmək olduğunu bildirib. Nazir kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biri olduğunu deyib: “Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç əsas prinsipə əsaslanır. Bunlar fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb. Bu istiqamətləri aqrar təhlil, aqrar həllər, aqrar bilik və bacarıqlar, aqrar dəstək və aqrar ticarət kimi təsnif edə bilərik. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Eyni zamanda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. Bu sistem bütün aqrar xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsinə imkan verəcək və fermerlərə əlavə üstünlüklər yaradacaq. Son üç ay ərzində artıq 50 mindən çox fermer yeni sistemdə qeydiyyatdan keçib”.
Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Aqrar İnkişaf mərkəzləri, AMAL və AFAQ layihələri, “Aqrar Tədarük və Təchizat” ASC və Dövlət Aqrar Ticarət Şirkətinin funksiyaları barədə diplomatlara geniş məlumat verilib.
Daha sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova təmsil etdikləri qurumların əsas fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.
Görüşdə diplomatik korpus nümayəndələrinin aqrar islahatların müxtəlif istiqamətlərinə dair sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

