Toxumçuluq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir
19.04.2019 [10:07]
Qobustan rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Ölkədə toxumçuluğun mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Qobustan Gənclər Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, həmçinin 15 rayondan toxumçuluqla məşğul olan 177 fermer, toxum emalı və satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Aqrar sahənin inkişafında toxumçuluq və tingçiliyin mühüm rol oynadığını xatırladan Adil Məmmədov rayonda toxumçuluq üzrə ixtisaslaşmış təsərrüfatların çoxluq təşkil etdiyini deyib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulduğunu vurğulayan Adil Məmmədov bildirib ki, bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilməlidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb: “Bildiyiniz kimi, Prezident İlham Əliyev ölkədə aqrar sektoru iqtisadiyyatın prioritet sahəsi müəyyən edib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Toxumçuluq sahəsi ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Kənd təsərrüfatı bitkilərinin yeni sortlardan və sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır”.
İnam Kərimov qeyd edib ki, ölkədə toxumçuluq sektoru müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməlidir. Nazir keyfiyyətli toxumlara olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi üçün müvafiq tədbirlərin görüldüyünü müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Möhtəsim Əhmədov “Toxumçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev, “Agro Dairy” MMC-nin nümayəndəsi Fuad Kərimov, Balakən rayonunda meyvə ting istehsalı ilə məşğul olan Nəsrulla Orucov fəaliyyət göstərdikləri sahə ilə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə toxum ilə təminat, toxumçuluğun inkişaf istiqamətləri, subsidiyaların verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri dinlənilib. Tədbirdə ölkədə toxumçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

