/ / “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib
“İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib
12.04.2019 [09:45]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Elina Hacıyevanın intiharı ilə bağlı yayılan məlumatlardan danışıb: “Belə şayiələr yayılıb ki, guya intihara cəhd edəndən sonra o, məktəbdə bir neçə saat saxlanılıb, təcili yardım gec gəlib. Təhsil Nazirliyində araşdırma başlanıb, Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Hadisənin səbəbləri cəmiyyət tərəfindən də araşdırılmalıdır. Buna görə də biz millət vəkillərini və ekspertləri toplamışıq ki, məsələni müzakirə edək”.
Daha sonra millət vəkili Fazil Mustafa bildirib ki, bəziləri bu məlumatın yayılmasını düzgün hesab etmir: “Bu məsələdə mətbuatı qınamaq düzgün deyil. Çünki mətbuat bunu xəbər kimi yayıb, intiharı təbliğ kimi yox. Bu gün orta məktəblərdə də problemlər var. Bəzi məktəb direktorları yerində deyil. Bu gün çayxanalarda yeniyetmələrdən yer yoxdur. Hamısı qəlyan çəkir. Müəllim valideynin qorxusundan şagirdə irad tuta bilmir. Valideynlər müəllimlərə irad tutur. Biz bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu, olmaz. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlxanxana, kafe, köşk olmamalıdır. Məktəb bu məsələlərə nəzarət edə bilmir. Elinanın intiharında müəllimi qınamaq olmaz. Müəllim onu intihara sövq eləməyib. Məktəb və valideyn münasibətləri tənzimlənməlidir. Müəllimin statusunu qaldırmalıyıq. Valideyn müəllimin şagirdə nəyə görə irad tutduğunu anlamalıdır. Təhsil Nazirlilyində komissiya var, bu məslələr tənzimlənməlidir. Bu məsələdə qanunvericiliyi qınamaq olmaz”.
Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır: “Biz məktəbi pisləməklə nə əldə edə bilərik. Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq. Məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır”.
ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, ən çox intihar halları dünyanın ən inkişaf etmiş ölkələrindədir. Azərbaycanda bu məsələnin kütləviləşməməsi sevindiricidir: “İstənilən hadisəyə operativ münasibət bildirilməlidir. Bu məsələdə ailənin də məsuliyyəti var. Şagirdə məktəbdə irad tutula bilər. Amma bu normal ailədə məsuliyyət yaradır. Dünən məsələ ilə bağlı o videonun yayılması qətiyyən yolverilməzdir. Bunu media etməməlidir. Bu media qurumları hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Media bu məsələdə günahkar tərəf olmağa doğru gedir. Müəllim və məktəbə qarşı bu boyda fobiya yaratmaq olmaz. Bu məsələ ciddi araşdırılmalıdır, bu işdə günahı olan həkimlərdən tutmuş digərlərinə qədər hər biri ciddi cəzalandırılmalıdır”.
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: “Hadisənin səbəbləri, bu prosesdə mühit araşdırılmalıdır. Məktəb mühiti, ailə mühiti, kollektiv mühiti var. Bu məsələlər ciddi araşdırılmalıdır”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bildirib ki, Azərbaycanda 1 milyondan artıq şagird var: “Şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır. O video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir”.
Sonra tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, burada məsuliyyət ümumilikdə cəmiyyətin, hər kəsin üzərinə düşür: “Əvvəllər müəllim valideyn assosiasiyaları var idi və bu format çox səmərəli idi. Hesab edirəm ki, müəllim, valideyn və şagird üçlüyü yaradılmalıdır. Məktəblinin məktəbdən kənarda nə iş görduyü müəyyən olunmalıdır, müəllimlə valideyn qarşılıqlı əlaqələr qurmalıdır. Bu sistem Azərbaycanın bütün məktəblərində tətbiq olunmalıdır. Bu format tətbiq olunarsa, mütləq müsbət nəticələrini görərik”.
V.Rəhimzadə bu məsələdə KİV-ləri də diqqətli olmağa çağırıb. O qeyd edib ki, mətbuat cəmiyyətdə neqativ əhval-ruhiyyə yaradan xəbərləri yaymaqdan çəkinməlidir.
Tədbirdə çxış edən millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, bu intihara gətirib çıxaran boşluqlar araşdırılmalıdır və aradan qaldırılmalıdır. Deputat bildirib ki, müəyyən bir təbəqə də var ki, bu hadisədən ajiotaj yaratmağa, müxtəlif strukturları ittiham etməyə maraqlıdır, bunda hansısa siyasi maraq güdənlər də var. A.Mirzəzadə deyib ki, istintaq başa çatmamış, məsələnin bütün tərəfləri öyrənilməmiş cəmiyyətdə qıcıq yaradan informasiyalar yaymaq doğru deyil: “Sosial şəbəkə iştirakçılarına çağırış edirəm ki, bu cür informasiyaların gənclərə nə cür təsir edə biləcəyini bir daha düşünsünlər”.
Daha sonra çıxış edən jurnalist Azər Həsrət bildirib ki, bəziləri bu hadisədən istifadə edərək ictimai fikri kənara yönəldəcək addımlar atırlar: “Birinci Avropa Oyunları zamanı Avstriya idmançısı qəza nəticəsində yaralanmışdı. Azərbaycan dövləti həmin idmançını müalicəsini öz üzərinə götürdü, bütün lazımi addımları atdı. Ancaq nə baş verdi? Məlumat yayıldı ki, həmin idmançı ölüb, lakin sonra məlum oldu ki, bu informasiya yalandır. Məqsəd o idi ki, ictimai rəyi yanlış yönə yönəltsinlər. Bu dəfə də məktəb direktoru əslində psixoloji pozğun ailə deyib, ancaq bu, konteksdən çıxarılaraq pozğun ailə kimi verilib. Mən bunu deyəndə məni təhqir edirlər ki, sən niyə direktoru müdafiə edirsən, ancaq mənim dediyim odur ki, ifadəni düzgün təqdim etsinlər”.
Daha sonra çıxış edən “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, bu cür hadisələrin baş verməməsi üçün valideyn məktəb münasibətləri düzgün qurulmalıdır: “Hər birimiz valideynik, övladlarımız bizim canımızdır. Bu gün bu məsələlərin baş verməsinin səbəblərindən biri də ailələrin məktəblə düzgün ünsiyyətdə olmamasından irəli gəlir. Məktəb direktoru ilə valideyn eyni məsuliyyət daşıyır. Valideynlər istəyirlərsə ki, övladları düzgün tərbiyə olunsun heç olmasa həftədə bir dəfə məktəbə getsinlər. Məktəb və ailə sıx birləşməlidir. Uşaq deyəndə ki, müəllim mənə bu sözü dedi, valideyın müəllimin üstünə getməməlidir, məsələnin mahiyyətini öyrənmək lazımdır. Əgər istəmiriksə, bu cür hallar baş versin, daim biz direktorla, sinif rəhbərləri ilə ünsiyyətdə olmalıyıq. Ailə, məktəb və şagird üçbucağı düzgün qurulmalıdır. Eyni zamanda övladlarımızın məktəbdən kənarda nə işlə məşğul olduğundan, sosial şəbəkələrdə kimlərlə dostlaşdığından xəbərdar olmalıyıq. Uşaq, valideyn və müəllim dost olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

