Bakcell Gəncə şəhərində təşkil edilmiş Novruz şəhərciyinin baş sponsoru olub
29.03.2019 [09:30]
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərində aktiv iştirak edib. Şirkət Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub.
Bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük “Novruz şəhərciyində” hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış, gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayıblar. Şəhərcikdə müxtəlif milli məhsullarının nümayişi və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Novruz şəhərciyində həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramları təqdim olunub. “Novruz şəhərciyi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət idarəsinin və “Gənclənd” ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb.
Bakcell şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış Bakcell stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.
Xatırladaq ki, Bakcell şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” həm da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub.
Bakcell şirkətinin dəstəyilə keçirilmiş ümumxalq Novruz şənliklərində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

