/ / “Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib
“Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib
13.03.2019 [10:13]
“Azerfon” MMC-nin (“Nar” ticarət nşanı) baş icraçı direktoru Qunnar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib. Dünyanın aparıcı İT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə martın 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb. Azərbaycan telekommunikasiya sahəsini sammitdə təmsil edən “Azerfon”-un baş icraçı direktoru Q.Panke müasir dövrdə rəqəmsal tranformasiya mövzusunda çıxış edib və rəqəmsal transformasiyanın telekommunikasiya şirkətlərinə verdiyi üstünlüklər barədə ətraflı danışıb. Böyük maraqla qarşılanan çıxışında Q.Panke bildirib: “Rəqəmsal transformasiyanın bir neçə əsas aparıcı istiqaməti var. Birincisi, getdikcə daha çox insanın smartfonlardan istifadə edərək daha çox rəqəmsal xidmətlərdən xəbərdar olmasıdır. İkincisi, qarşılıqlı rəqəmsal əlaqədir; Müştərilər birbaşa olaraq öz xidmət operatorları ilə əlaqə saxlamaq istəyir və bu mənada biznes sifariş, çatdırılma və xidmətin tam avtomatlaşdırılmasını dəstəkləyir. Növbəti istiqamət 5G texnologiyasının tətbiqidir. Böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi, məlumat mübadiləsi zamanı yaranan gecikmələrin minimal səviyyəyə endirilməsi yeni rəqəmsal tətbiqlərin və xidmətlərin yaranmasına imkan verəcək. Bu da bütün sahələrin rəqəmsal transformasiyasına təkan verəcək”.
Q.Panke rəqəmsal transformasiya prosesinin gələcəkdə “Nar”-da tətbiqi strategiyası üzərində intensiv çalışıldığını vurğulayb.
Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb.
Qeyd edək ki, 3-cü Mərkəzi və Şərqi Avropa ölkələrinin İKT Sammitində yeni bazar trendləri, texnoloji nailiyyətlər, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumda Mərkəzi və Şəqi Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq, Türkiyə, Qafqaz regionundan İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları, eyni zamanda şəbəkə operatorları, IXP (Internet exchange point), ISPs (Internet service provider), OTTs (Over the top), təhlükəsizlik və digər həll provayderləri sahəsində 300-ə qədər mütəxəssis iştirak edib. Sammitin keçirilməsində məqsəd aparıcı telekommunikasiya şirkətlərinin rəhbərlərini bir araya gətirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqla, inkişaf edən telekommunikasiya mənzərəsində gəlirliliyi artırmaq üçün strategiyalar irəli sürməyə şərait yaratmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

