Masallıda Xalq yazıçısı Elmira Axundovanın yeni kitablarının təqdimatı keçirilib
13.02.2019 [09:50]
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı, görkəmli publisist, “Şöhrət” ordenli Xalq yazıçısı Elmira Axundovanın “Bizim tanıdığımız Elmira...” (rus dilində) və “Həmkarlarımla üz-üzə” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Elmira Axundovanın kitablarının sərgisi ilə tanış olub, onun jurnalistlik fəaliyyətinin müəyyən məqamlarını və yaradıcılığını əks etdirən videoçarxa baxıblar.
CBC nəşriyyatında çap olunmuş “Bizim tanıdığımız Elmira...” adlı kitabda Xalq yazıçısının yaradıcılığına həsr edilmiş məqalə və esselər toplanıb. Burada son 15 ildə mətbuatda Elmira Axundova haqqında dərc edilmiş ən maraqlı materiallar yer alır. “Həmkarlarımla üz-üzə” kitabı isə yazıçı-publisistin müxtəlif mətbu və elektron KİV-lərə verdiyi müsahibələrdən ibarətdir. Müəllif həmin müsahibələrdə jurnalist həmkarları ilə müxtəlif mövzularda - uşaqlıq illəri, ailəsi, valideynləri, ilk məhəbbət, maraqlı və gözlənilməzliklərlə dolu həyatının müxtəlif epizodları barədə səmimi söhbət açıb.
Elmira Axundovanın yeni kitablarının təqdimat mərasimində çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinləri adından görkəmli yazıçı-publisisti yüksək fəxri ada - Xalq yazıçısı adına layiq görülməsi və yazdığı monumental kitabların işıq üzü görməsi münasibətilə təbrik edərək, ona xoş arzularını bildirib. Qeyd edib ki, həmyerliləri onun yaradıcılığını diqqətlə izləyirlər. Xüsusən Ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitablar böyük maraqla oxunur.
Mərasimdə çıxış edən Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü, “Tərəqqi” medallı Şirvan Əbilov, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli yazıçı-dramaturq Natiq Rəsulzadə, Masallının “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları Elmira Axundovanın yeni kitablarının məziyyətlərindən danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, o, yüksək peşəkarlığı və fəal vətəndaş mövqeyi ilə seçilən yazıçı-publisistdir.
Xalq yazıçısı Elmira Axundova tədbirin təşkilatçılarına və onun ünvanına səsləndirilmiş xoş sözlərə görə minnətdarlığını ifadə edərək deyib: “Mən çox xoşbəxt insanam. Tale elə gətirib ki, Azərbaycanın tanınmış simaları ilə dostluq etmişəm. Ötən əsrin 90-cı illərində dünya şöhrətli siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevlə ünsiyyətdə olmaq, Ondan müsahibələr almaq mənə də nəsib olub. Öz Vətənimi həyatımdan da çox sevirəm. Mənə uğur gətirən bəlkə də budur”.
Yaradıcılıq prosesində insanların ona həmişə dəstək olduğunu qeyd edən Elmira Axundova Qarabağ haqqında da monumental kitab yazmaq istəyini dilə gətirib.
Sonda rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

