Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
12.02.2019 [09:45]
Azərbaycan-Belarus dostluq və səmərəli əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Belə ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair mühüm sazişlər imzalanaraq uğurla icra olunur, nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər keçirilir. Ötən ilin noyabrında Belarusun ədliyyə naziri ölkəmizdə səfərdə olaraq Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Əməkdaşlığın davamı olaraq respublikamızın ədliyyə naziri Fikrət Məmmədov belaruslu həmkarının dəvətinə əsasən, Belarus Ədliyyə Nazirliyinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Minskdə səfərdə olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya, Tacikistan və Özbəkistanın ədliyyə orqanları rəhbərlərinin də iştirak etdikləri “Hüquqi dövlətin formalaşdırılmasında ədliyyə orqanlarının rolu” mövzusunda konfransın açılışında Belarusun ədliyyə naziri Oleq Slijevski, Belarus Prezidenti Administrasiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin sədri çıxış edib, konfransın hüquqi dövlətdə ədliyyə sisteminin inkişafına və yeni çağırışlara həsr olunduğunu bildirib, müsbət təcrübələrin mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.
Geniş məruzə ilə çıxış edən O.Slijevski Ədliyyə Nazirliyinin 100 illik tarixindən və inkişaf yolundan danışıb, həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumat verib, müxtəlif dövlətlərlə, o cümlədən Azərbaycanla səmərəli hüquqi əməkdaşlığı, ölkəmizin “ASAN xidmət” və digər müsbət təcrübəsindən bəhrələndiklərini qeyd edib.
Tədbirdə ölkəmizin ədliyyə naziri F.Məmmədov çıxışında yubiley münasibətilə təbriklərini ifadə edib, Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun müstəsna rolunu vurğulayıb, ədliyyə orqanlarının da uğurla əməkdaşlıq etdiyini bildirib. Nazir, həmçinin ədliyyə və məhkəmə sahəsində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və innovasiyalar, o cümlədən elektron sistemlərin və xidmətlərin tətbiqini qeyd edib, Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında Probasiya xidmətinin fəaliyyəti, elektron nəzarət vasitələrinin tətbiqi barədə məlumat verib.
Çıxışda xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı iştirakçıların diqqətinə çatdırılıb.
Konfransda digər məruzələr dinlənilib, müzakirələr, faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Çıxış edənlər Belarus Ədliyyə Nazirliyinin səlahiyyət dairəsinə aid olan vəkillik və notariat sahəsində Azərbaycanın mütərəqqi islahatlarını təqdir ediblər.
Tədbir çərçivəsində Azərbaycan və Belarus ədliyyə nazirlərinin ikitərəfli görüşü olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsi vurğulanıb, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.
Respublikamıza səfərləri zamanı hərtərəfli tərəqqinin və intensiv islahatların aparılmasının şahidi olduğunu söyləyən Belarusun ədliyyə naziri Azərbaycanın böyük uğurlar əldə etdiyini, hüquqi sahədə nailiyyətlərimizi ölkəsində tətbiq etmək niyyətində olduğunu vurğulayıb.
Konfrans zamanı ölkəmizdə həyata keçirilən islahatlara və nailiyyətlərə böyük maraq göstərilərək yerli KİV nümayəndələri nazir F.Məmmədovdan müsahibə alıblar.
Yubiley tədbirləri çərçivəsində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında nazirliyin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Tədbirdə Belarus Prezidentinin ədliyyə orqanlarına təbrik məktubu səsləndirilib, təltifetmə mərasimi olub, yubileyə həsr olunmuş xüsusi film nümayiş etdirilib, mədəni proqram və ziyafət təşkil olunub.
Tədbirlərdə, həmçinin Azərbaycanın Vəkillər Kollegiyasının rəhbərliyi və ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

