Azərbaycanlı deputatların Rusiya Dövlət Dumasındakı çıxışları miniatür kitablarda
09.02.2019 [10:56]
“Azerbaydjanskiye deputatı v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildlik miniatür kitabının təqdimatı olub
Fevralın 8-də Miniatür Kitab Muzeyində Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin tədqiqatları əsasında ərsəyə gələn “Azerbaydjanskiye deputatı v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildlik miniatür kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova tədbiri açaraq bu təqdimatı muzey üçün əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd edib ki, kitabda dörd çağırış Rusiya Dövlət Dumasında azərbaycanlı deputatların çıxışlarının mətnləri yer alıb. Birinci cilddə 1906-1907-ci illər I və II çağırış, ikinci cilddə 1907-1917-ci illər III və IV çağırış Dövlət Dumasında azərbaycanlı deputatların çıxışları verilib. Birinci cilddə, həmçinin professor Dilarə Seyidzadənin müvafiq dövrdə azərbaycanlı deputatların Rusiya Dövlət Dumasında fəaliyyətinə dair analitik məqaləsi verilib.
Müəllifinə qürur hissi yaşadan mövzu
Təqdimat mərasimində çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi nəticəsində dünya birliyi il ərzində XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş bütün hadisələrlə tanış olmaq imkanı qazanıb. Bu kitabın nəşri də ona dərin minnətdarlıq əlamətidir.
Nəşr haqqında ətraflı məlumat verən tarixçi-alim qeyd edib ki, 1905-ci ilin dekabr ayında Rusiya çarı Dövlət Dumasına seçkilər haqqında Fərman imzalayıb. Fərmana əsasən imperiya ərazisində yaşayan əhaliyə, o cümlədən Azərbaycana da Dövlət Dumasına nümayəndə seçmək hüququ verilib. Seçkilər 1905-ci il 17 oktyabr Manifestindən sonra keçirilib. O zaman Azərbaycan Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarından ibarət idi, eyni zamanda, Qafqazdakı bütün quberniyalar Rusiya canişinliyinin tərkibində idi. Rus çarının nümayəndəsi - canişinin bütün seçkilərə qarışmaq, seçkilərin gedişində öz düzəlişlərini etmək hüququna malik idi. O zaman ümumi razılığa əsasən Rusiya Dövlət Dumasına Azərbaycandan rus dilini mükəmməl bilən şəxsləri göndərmək qərara alınmışdı. Bu da təbii idi, çünki Dumada bütün danışıqlar rus dilində aparılırdı. 1906-cı ildə Bakı və Yelizavetpol quberniyalarında seçkilər keçirildi. Quberniyalardan Dumaya Moskva və Sankt-Peterburqun ali məktəblərində hüquq təhsili almış şəxslər seçildilər. Deputatların hüquq təhsilli olması xalqın mənafeyini müdafiə etmək baxımından çox gözəl seçim idi. Birinci çağırışda Azərbaycanı Məmmədtağı Əliyev, Əsədullabəy Muradxanov, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhimbəy Haqverdiyev təmsil edib.
Azərbaycanlı deputatların daxil olduğu 36 nəfərdən ibarət müsəlman fraksiyasına Əlimərdan bəy Topçubaşov sədrlik edib. Azərbaycanı II Dumada Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmmədağa Şahtaxtinski, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov, III Dövlət Dumasında Xəlil bəy Xasməmmədov, IV Dumada Məmmədyusif Cəfərov təmsil edib.
Professor Dilarə Seyidzadə ötən əsrin 60-cı illərində Moskvada aspiranturada oxuyarkən apardığı tədqiqatlardan da söz açıb.
Qeyd edək ki, XX əsrin 60-cı illərində tarix elmi ilə məşğul olanlar daha çox beşilliklərdən, tətillərdən, üsyanlardan yazırdılar. Dilarə Seyidzadə isə 1963-cü ildə Moskvaya aspiranturaya oxumağa gedəndə vətəndaş mövqeyi nümayiş etdirərək məhz azərbaycanlı deputatların Dumada fəaliyyəti ilə bağlı dərin tədqiqat aparmağı qarşısına məqsəd qoymuşdu. Hətta o zaman Lenin kitabxanasında stenoqrafik hesabata dair bir şagird dəftəri həcmində məlumat toplaya bilməsi, kadetlərdən, oktyabristlərdən yazmaq barədə ona edilən təklif Dilarə xanımı yolundan çəkindirməyib. Onun namizədlik dissertasiyası ilə yanaşı, gərgin axtarışları sayəsində “Azərbaycan deputatları Rusiya Dövlət Dumasında” monoqrafiyası üçün material toplanıb.
“Tədqiqatımın ən yaxşı hissəsi məhz azərbaycanlı deputatlarla bağlı olan hissədir. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb. Bu, həmin böyük insanların dərin zəkası sayəsində baş tutub”, - deyə tarixçi-alim bildirib.
Azərbaycanın səsini dünyaya çatdıran kitab
Təqdimat mərasimində “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundova, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, yazıçı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə Əliyeva, İlham Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Bakı Dövlət Universitetinin gender və psixologiya kafedrasının rəhbəri Rəna İbrahimbəyova çıxış ediblər.
Çıxışlarda Dilarə Seyidzadənin sovet dövründə apardığı tədqiqatlar cəsarətli addım kimi dəyərləndirilib. Qeyd edilib ki, təqdimatı keçirilən nəşr Azərbaycanın səsini dünyaya çatdıran kitabdır. Təsadüfi deyil ki, kitabın elektron variantını indiyə qədər 9 minədək insan oxuyub.
Vurğulanıb ki, dəyərli tarixi mənbə olan bu kitabları rus dilinin işlək olduğu ölkələrə göndərmək lazımdır.
Qeyd edək ki, “Azerbaydjanskiye deputatı v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildliyi “İndiqo” mətbəəsində Miniatür Kitab Muzeyi tərəfindən hər cildi 100 nüsxə olmaqla rus dilində nəşr edilib. Ölçüsü 60x70 millimetr olan kitabın I cildi 288, II cildi 340 səhifədən ibarətdir. Nəşrdə çoxlu sayda ağ-qara fotoşəkillər yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

