AzerTelecom “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində
22.01.2019 [09:54]
Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlığa başlayıb
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.
Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı Bakcell şirkəti olan AzerTelecom və Azərbaycan Dəmir Yolları QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.
Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat və Enerji dəhlizləri statusu ilə yanaşı ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə AzerTelecom tərəfdən həmçinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.
Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.
Layihə çərçivəsində magistral internet kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmçinin Azərbaycan Dəmir Yolları QSC-nin da infrastrukturunun güclənməsinə, həmin infrastruktur boyunca yeni texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək. Bu da Azərbaycan Dəmir Yolları QSC-nin əhaliyə daha dayanıqlı xidmətlər verməsinə töhfə verəcək.
Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi AzerTelekom şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” layihəsinin komponentlərindən biridir. “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi hədəflənir. Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin 1/4-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.
“Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin İnternet alışında xarici ölkələrdən asılılığı minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı da əlavə olunacaq. Layihə ümumilikdə Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45

