/ / Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin tətbiqi Bakı Apellyasiya Məhkəməsində müzakirə olunub
Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin tətbiqi Bakı Apellyasiya Məhkəməsində müzakirə olunub
18.01.2019 [09:38]
Bakı Apellyasiya Məhkəməsində onun yurisdiksiyasına aid məhkəmələrin hakimlərinin və aparat işçilərinin iştirakı ilə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, məhkəmənin sədri İman Nağıyev tədbiri açaraq Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması, ədalət mühakiməsi prosesinin rəqəmsallaşması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb.
Zamanın bu çağırışlarına cavab olaraq, 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamı ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb. Bakı Apellyasiya Məhkəməsinin sədri rəqəmsal texnologiyaların tətbiqinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılması nəticəsində operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına və genişləndirilməsinə xidmət etdiyini bildirib.
Belə ki, qanunvericiliyə əlavə olunan “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması”na dair 10-1-ci maddə ilə elektron məhkəmə sisteminin işləməsi ilə vətəndaşların məhkəməyə gəlmədən, elektron formada müraciət edərək, proses barədə məlumatı elektron qaydada dərhal əldə etməsi, məhkəmə proseslərinin audio-video vasitələrlə qeydə alınması, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaranması ilə proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyətini əks etdirən elektron “şəxsi kabinet”lə təmin olunmaları imperativ xarakter alıb. Həmçinin məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiqlənir və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir.
Bildirilib ki, eyni zamanda, Qanuna edilən yeni dəyişikliklə məhkəmələrdə təyin olunan işlərin siyahısı və yekun məhkəmə aktları bazasının formalaşdırılaraq portalda yerləşdirilməsi, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi nəzərdə tutulur. Bu da öz növbəsində məhkəmələrdə süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaradıb.
Hazırkı Qanunla Mülki Prosessual Məcəlləyə “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”a dair 23-1-ci fəslin əlavə edilməsi də məhkəmələrdə işlərə baxılmasının daha keyfiyyətli olmasına, vətəndaşların gözlədikləri məhkəmə qərarlarını daha tez əldə etmələrinə, özbaşınalığın və süründürməçiliyin qarşısının alınmasına xidmət edəcək.
Vurğulanıb ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Azərbaycan Prezidentinin bilavasitə tapşırıqları ilə həyata keçirilən bütün tədbirlərin əsasında vətəndaşların hüquqlarının səmərəli məhkəmə müdafiəsinin təşkili dayanır. Bu isə ilk növbədə, məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılmasını, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasını, insanlara layiqli xidmət göstərilməsini, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini şərtləndirir.
Təlimçi qismində iştirak edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev yeni Qanunla Mülki Prosessual Məcəllənin məhkəmə bildirişləri ilə bağlı 139-cu maddəsinə və məhkəmə qətnaməsindən çıxarışın verilməsinə dair 214-cü maddəsinə edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib.
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işçi qrupun rəhbəri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi islahatlar nəticəsində Dünya Bankının “Doing Business 2018” hesabatına əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 2018-ci ildə 8 pillə irəliləyərək 190 ölkə üzrə aparılan reytinq dəyərləndirməsində 57-ci yerə yüksəlib və Avropa, Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi qiymətləndirilib. Son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, “Doing Business” hesabatına uyğun olaraq, “Müqavilələrin İcrası” indikatoru üzrə əhəmiyyətli dəyişikliklərin və mühüm irəliləyişlərin də əldə olunmasına yol açıb. O, Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin “Elektron məhkəmə” informasiya sistemində tətbiq olunduğunu bildirib.
R.Qurbanov, həmçinin “Elektron məhkəmə” informasiya sistemi barədə təqdimatla çıxış edərək sistemin imkanları, vahid məhkəmə portalı, vətəndaşların şəxsi kabineti, dövlət rüsumlarının elektron ödəniş sistemi, elektron icra sistemi və digər məsələlər barədə müfəssəl məlumat verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Abiddin Hüseynov və Rəfael Eyvazov tərəfindən yeni qanunvericiliyin ayrı-ayrı müddəaları barədə çıxışlar edilib, təhlillər aparılıb, təcrübədə qarşıya çıxacaq məsələlərin həlli yolları müzakirə olunub, hakimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00

