Ədliyyə Nazirliyində müşavirə keçirilib
05.01.2019 [10:14]
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda əsaslı dəyişiklikləri nəzərdə tutan yeni qanunlar qəbul olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, iş yükünün azaldılmasında, “Elektron məhkəmə” sisteminin tətbiqinin genişləndirilməsində müstəsna əhəmiyyət daşıyan, qanunvericiliyə edilən mütərəqqi dəyişikliklər, həmçinin məhkəmələrdə şəffaflığın və aşkarlığın artırılmasına, işlərə daha operativ baxılmasına, vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edəcəkdir.
Yeni qanunvericiliyin icrası ilə bağlı məsələlər təxirəsalınmadan ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş müşavirədə müzakirə olunub.
Müşavirədə qarşıda duran vəzifələrin, o cümlədən qanunvericiliyin yeni müddəalarının dürüst və vaxtında icrasının təmin olunması, onların mahiyyətinin dərindən öyrənilməsi və e-məhkəmənin imkanlarından səmərəli istifadə olunmaqla düzgün tətbiqi, bu məqsədlə Ədliyyə Akademiyası ilə birgə ali və apelyasiya məhkəmələrinin təlimçi hakimlərinin iştirakı ilə paytaxtda və respublikanın bütün bölgələrində silsilə təlimlərin və hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi müəyyən olunub. Eyni zamanda, normativ-hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması, məhkəmə fəaliyyətini tənzimləyən sənədlərin təkmilləşdirilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.
Həmçinin məsələ ilə bağlı yaradılmış işçi qrupa qarşıda duran vəzifələrin icrası ilə bağlı xüsusi tədbirlər planının hazırlanması tapşırılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

