Azərbaycan ilə ABŞ arasında gömrük sahəsində münasibətlər uğurla inkişaf edir
20.12.2018 [10:01]
Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə Administrasiyasının Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Komitə sədri Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq və dostluq münasibətlərinin gömrük sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də ciddi islahatların həyata keçirildiyini bildirib. O, bu islahatlar nəticəsində daha çevik və dinamik gömrük xidmətinin formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətli, təhlükəsiz və asan həyata keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün gömrük sisteminin fəlsəfəsi nəzarətdən xidmətə doğru dəyişdirilib.
Şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışan Komitə sədri görülən işlərin nəticəsi kimi, bu ilin müvafiq dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ciddi nailiyyətlərin qazanıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq.
S.Mehdiyev ümidvar olduğunu bildirib ki, 2019-cu il aprelin 16-18-də Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq müstəvidə görülən işlərə mühüm töhfə verəcək.
V.Varen narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirləri, əldə edilən nailiyyətləri yüksək qiymətləndirib. Vurğulanıb ki, Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38

