/ / Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
14.12.2018 [09:39]
Dekabrın 13-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Olimpiadadan bəhs edən videoçarx nümayiş olunub.
Sonra beynəlxalq tədbirin iştirakçılarına ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunları, iki il sonra IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, dünya və Avropa çempionatları yüksək səviyyədə təşkil olunub. Həmçinin ölkəmiz beynəlxalq fənn olimpiadalarına da ev sahibliyi edib.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Olimpiadanın əhəmiyyətini yüksək qiymətləndirib. Nazir deyib ki, Olimpiadada iştirak böyük şərəf olmaqla yanaşı, ciddi məsuliyyət tələb edir. Çünki hər bir iştirakçı öz ölkəsini, təhsil aldığı məktəbi təmsil edir. Belə tədbirlər yeniyetmələrin inkişafında xüsusi rol oynayır. Olimpiadada onlayn olaraq 5 mindən artıq məktəbli iştirak edib. Onların arasından seçilənlər yarışın final mərhələsinə vəsiqə qazanıblar.
“Artıq iki ildir Olimpiada beynəlxalq status alıb. Digər ölkələrdən iştirakçıların Olimpiadaya qatılması rəqabəti daha da artırır. Bu, həmçinin məktəblilər arasında daha geniş fikir mübadiləsinin aparılmasına və yeni dostluqlara imkan yaradır”, - A.Rəhimov əlavə edib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizin müxtəlif fənn olimpiadalarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycanda təkcə elmlə bağlı deyil, idman, mədəniyyət və digər sahələr üzrə də mötəbər tədbirlər təşkil olunur. Yeniyetmələrimiz beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edir, mükafatçılar sırasında yer alırlar. Nazirliyin nəzdində olimpiadalara hazırlıq mərkəzinin beş ildir fəaliyyət göstərdiyini vurğulayan M.Vəliyeva gələn ilin avqustunda ölkəmizdə informatika Olimpiadasının təşkil olunacağını diqqətə çatdırıb.
Sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva deyib ki, “Milli ideya və beynəlxalq təcrübə” adlı təqdimatla çıxış edib.
Daha sonra mükafatlandırma mərasimi təşkil olunub.
Komanda yarışlarında Rusiya birinci, Özbəkistan ikinci, Tacikistan komandası üçüncü pillədə qərarlaşıblar. Olimpiadanın fərdi qalibləri də mükafatlandırılıb. Onlara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Komanda yarışının qaliblərinə isə kubok verilib.
İkinci Beynəlxalq Olimpiadaya Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan məktəblilər qatılıblar.
“İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. 14-16 yaşlı yeniyetmələrin iştirak etdikləri Olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilib. Beynəlxalq Olimpiadada cari ilin noyabrında “İstedadların hazırlığı laboratoriyası” VI Respublika Olimpiadasının onlayn turların qalibi olan azərbaycanlı iştirakçılar da yarışıblar.
Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımi rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasından ibarətdir.
2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Həmin il Bakıda 8 ölkənin iştirakı ilə “İstedadların hazırlığı laboratoriyası” I Beynəlxalq Olimpiada keçirilib. İndiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

