Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
04.12.2018 [10:30]
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”dan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət qulluğu sahəsində aparılan islahatlar nəticəsində respublikamızda özünəməxsus dövlət qulluğu sisteminin formalaşdığı, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş yeni Strategiyanın dövlət qulluğu sahəsində islahatların yeni mərhələsinin əsasını qoyduğu qeyd olunub.
Kollegiyada bu mühüm sənədin dövlət qulluğunun inkişafında müstəsna əhəmiyyəti vurğulanıb, son illər dövlət qulluğunun xüsusi növü olan ədliyyə qulluğunun təkmilləşdirilməsi, ədliyyə orqanlarının hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilməsi, bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı, qulluğa qəbul prosedurlarının xeyli sadələşdirilməsi, ədliyyənin müxtəlif sahələrinə şəffaflıq əsasında işə qəbulla bağlı mütəmadi müsabiqə və müsahibələrin keçirilməsi vurğulanıb. Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı ilə Ədliyyə Nazirliyinin üzərinə düşən çoxsaylı vəzifələrin mütəşəkkil, vaxtında və dürüst yerinə yetirilməsi, o cümlədən dövlət qulluğunda kadr siyasətinin inkişafı, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi, informasiya təminatının və elektron dövlət qulluğunun inkişaf etdirilməsi, bu sahəyə dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət və s. məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib, konkret tədbirlər müəyyən edilib.
Eyni zamanda, iclasda dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də “Notariat haqqında” Qanuna edilmiş əsaslı dəyişikliklərin əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində mühüm rol oynayan notariat fəaliyyətinin səmərəli təşkilində və vətəndaşların əlçatanlığı üçün yeni imkanların yaradılmasında müstəsna əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, notariat sahəsində ardıcıl islahatlar davam etdirilərək notariat orqanlarının səlahiyyətləri genişləndirilir, beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur, həmçinin notariat kontorlarını vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi istifadəyə verilib ki, bununla da notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq Azərbaycanın nailiyyətləri qabaqcıl kimi qiymətləndirilir, bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.
Yeni Qanun notariat fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət etməklə bu sahədə institusional tədbirlərin, o cümlədən notariat ofislərində idarəçiliyin təkmilləşdirilməsi məqsədilə notariusun köməkçisi institutunun, həmçinin notariusların peşə hazırlığının artırılması üçün təlimlərin keçirilməsi, notariat təcrübəsinin formalaşması və bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi məqsədilə Notariat Palatasının yaradılmasını nəzərdə tutur. Həmçinin notariat xidmətlərinin məsafədən, videoəlaqə vasitəsilə həyata keçirilməsi, bu məqsədlə sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq xüsusi ədliyyə köşkləri vasitəsilə ilk dəfə olaraq, notariat sənədlərinin tərtib olunaraq əldə edilməsi mümkün olacaq. Bundan başqa, səyyar elektron xidmətlər göstərmək üçün xüsusi çantalar hazırlanıb.
Kollegiyada qanunvericiliyə edilmiş dəyişikliklərin və Qanunun tətbiqi barədə dövlətimizin başçısının 2018-ci il 20 noyabr tarixli Fərmanının dönmədən və dürüst icrası ilə bağlı tapşırıqlar verilib.
Bununla yanaşı, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilməsi, ölkəmizin sülhsevər siyasətinin hər zaman aşılanması, beynəlxalq tədbirlərdə və görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətin diqqətinə çatdırılması, xarici siyasət sahəsində əlaqələndirmə işinin daha mükəmməl həyata keçirilməsi ilə bağlı əlavə göstərişlər verilib.
Eyni zamanda, ədliyyə orqanlarında şəffaflığın və aşkarlığın təmin olunması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün xeyli işin görüldüyü, o cümlədən nazirliyin internet səhifəsinin (www.justice.gov.az) interaktiv rejimdə fəaliyyət göstərməsi bildirilib. Saytın Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun olaraq müasir dizaynda hazırlanmış, ədliyyəyə əlçatanlığı asanlaşdırmaq məqsədilə funksionallığı artırılmaqla daha geniş məlumatları əks etdirən yeni versiyasının təqdimatı keçirilərək, onun tətbiqi ilə bağlı tapşırıqlar verilib.
Kollegiyada dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı görülən işlər də müzakirə edilib. Yeni qəbul olunan qanunvericilik aktlarının azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azalmasına, alternativ cəzalara daha çox üstünlük verilməsinə imkan yaratdığı vurğulanıb. Həmçinin probasiya xidmətinin, elektron nəzarət vasitələrinin, ictimai işlər və digər alternativ cəzaların icrası sahəsində fəaliyyətin ictimai əhəmiyyəti nəzərə alınaraq, xüsusi videoçarxların, televiziya verilişlərinin hazırlandığı və ictimaiyyətin geniş maarifləndirildiyi bildirilib.
İclasda azadlıqdan məhrumetməyə alternativ cəzaların mükəmməl icrası ilə bağlı tapşırıqlar verilib, o cümlədən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə probasiya nəzarətinin həyata keçirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən digər normativ hüquqi akt layihələri baxılaraq qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

