/ / “Bakcell” abunəçiləri yüzlərlə “Ulduzum” tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır
“Bakcell” abunəçiləri yüzlərlə “Ulduzum” tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır
04.12.2018 [10:22]
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini 250-dən artıq yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər və imtiyazlarla təmin edir.
Artıq 5 ildir ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”a 3 milyona yaxın “Bakcell” abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaş şirkətlərin təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.
“Ulduzum” proqramının ən aktiv tərəfdaşları siyahısında yer alan “Hesab.az” portalı, “Park Cinema” kinoteatrlar şəbəkəsi, “166 Yük Taksisi” xidməti, “İdeal” və “Poppy Gallery” mağazalar şəbəkəsi cari mövsümdə istifadəçilərin sayı üzrə ən yüksək nəticə göstərib.
Qeyd edək ki, 2018-ci ilin may ayından etibarən “Ulduzum” tərəfdaşı olan “166 Yük Taksisi” xidmətinin 12 min nəfərdən çox müştərisi bu günə kimi proqram vasitəsilə müxtəlif endirimlərdən yararlanıb. Həmin abunəçilərə heç bir əlavə şərt olmadan yük taksisi və evakuasiya xidmətlərinə 10 faiz, təmizlik xidmətlərinə isə 15 faiz endirim təqdim olunur.
“Ulduzum” Loyallıq Proqramı geniş partnyor şəbəkəsi ilə öz istifadəçilərinə böyük imkanlar yaradır. Proqram tərəfdaşlıq etdiyi hər bir şirkət üçün müştəri loyallığının artırılmasında mühüm rol oynayır. Müştərilərimiz endirimdən istifadə etməyə çox maraq göstərirlər. “166 Yük Taksisi” olaraq “Bakcell” şirkətinin “Ulduzum” proqramı ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - deyə “166 Yük Taksisi” şirkətinin marketinq meneceri Rüfət Əliyev bildirib.
Proqramın digər ən aktiv partnyorlarından olan “Park Cinema” kinoteatrlar şəbəkəsi 16 minədək “Ulduzum” istifadəçisinə 3 kinoteatrda (Park Bulvar, Metropark, Park Zağulba ticarət mərkəzlərində yerləşən kinoteatrlar) həftənin hər cümə axşamı bütün seanslara hər 2-ci bileti pulsuz əldə etmək imkanı təqdim edib.
“Müştərilərimiz arasında bu kampaniyaya böyük maraq var və aldığımız müştəri rəyləri arasında bu imkanın digər günlərə şamil edilməsi təklifləri də çoxdur. İstənilən şirkətin bazarda rəqabət aparmaq üçün müştəriyönümlü olması çox vacibdir. Çünki bu, müştəriyə şirkət tərəfindən verilən dəyərin göstəricisidir. “Bakcell” Azərbaycanın ilk mobil operatorudur, “Park Cinema” isə 1-ci kinoteatr şəbəkəsidir. Bazarın liderləri ilə çalışmaq hər zaman yeniliklərə imza atmaq deməkdir. Biz hər zaman “Ulduzum” və “Bakcell” şirkəti ilə yeni kampaniyalar keçirməyə və bu layihəyə dəstək olmağa hazırıq”, - deyə “Park Cinema” kinoteatrlar şəbəkəsinin satış və marketinq direktoru Musa Axundov bildirib.
“Ulduzum” proqramının üstünlükləri müştərilərə təkcə böyük endirimlər və imtiyazlar verməkdən ibarət deyil. Proqramın əsas məqsədlərindən biri də abunəçilərin gündəlik həyatına rahatlıq gətirməkdir. Proqram ölkənin ilk və ən innovativ mobil operatoru ilə onun böyük və dəyərli müştəri ailəsi arasında loyallıq, etibar və şəffaflığa əsaslanan möhkəm münasibətlərin qurulmasına xidmət edir. “Ulduzum”un daha bir özəlliyi ondan ibarətdir ki, proqramdan təkcə “Bakcell” abunəçiləri yox, həm də endirim təqdim edən tərəfdaşlar faydalanır.
Hər bir “Bakcell” müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. “Ulduzum” barədə daha ətraflı məlumat “www.ulduzum.az” səhifəsində əldə oluna bilər.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

