/ / AzMİU-da müasir inşaatda su, enerji təchizatı və ekologiya problemlərinə dair beynəlxalq elmi konfrans keçirilir
AzMİU-da müasir inşaatda su, enerji təchizatı və ekologiya problemlərinə dair beynəlxalq elmi konfrans keçirilir
28.11.2018 [09:53]
Noyabrın 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir inşaatda su, enerji təchizatı və ekologiya problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi tərəfindən “UNDP GEF Kura Project” layihəsi və Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən, o cümlədən ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, BMT-nin Azərbaycan nümayəndəliyindən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər. Beynəlxalq konfransa 90-dan artıq məruzə təqdim olunub.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfrans barədə məlumat verib, mövzunun aktuallığını qeyd edib. Rektor bildirib ki, konfransın keçirilməsində məqsəd respublikamizda ekoloji modelləşdirmənin təkmilləşdirilməsinə kömək edəcək yeni ideya və təkliflərin elmi müzakirəsinə nail olmaq, bu istiqamətdə müxtəlif ölkələrin təcrübələrini paylaşaraq fikir mübadiləsi aparmaqdır.
“Azərsu” ASC-nin sədrinin müşaviri, professor Çingiz Abdullayev konfrans iştirakçılarını təbrik edib, xoş sözlərini bildirib.
Universitetin ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevin “Xəzər dənizi və Kür çayının tullantılarla çirklənməsinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Türkiyənin İstanbul Su Kanal İdarəsinin çirkab suların təmizlənməsi bölümünün başqanı Ali İncinin təmsil etdiyi qurumun ölkəsində çirkab suların təmizlənməsi ilə bağlı məruzəsi maraqla qarşılanıb.
BMT-nin nümayəndəsi, “UNDP GEF Kura II Project” layihəsinin texniki rəhbəri xanım Meri Matyus plenar iclasda “Dayanıqlı inkişaf məqsədlərini nəzərə almaqla su idarəetmə infrastrukturları üçün təbii amillərə əsaslanan həll yolları” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans öz işini bölmələrdə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

