Bakıda və bölgələrdə maarifləndirmə tədbirləri davam edir
24.11.2018 [10:46]
Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır
Günümüzdə əksər uşaqlar ailədə, məktəbdə onlara qarşı baş verən haqsızlıq, qanun pozuntusu və zorakılıq barədə digər insanlarla bölüşməkdən qorxurlar, eyni zamanda üzləşdikləri problemləri valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirlər. Aparılan müşahidələr göstərir ki, bütün bu yaşananlar uşaqların bir şəxsiyyət kimi yetişməsində ciddi maneələr törədir, onlara mənəvi və psixoloji olaraq çətinlik yaradır. Bu tip problemlərin qarşısını almaq, uşaqlara dəstək və yaranan problemlərdə valideynlərə yardımçı olmaq üçün “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti artıq 2 ildir ki, orta məktəblərdə maarifləndirmə işləri aparır. İndiyə qədər Bakının bir çox məktəbləri ilə yanaşı, bölgələrdə də maarifləndirmə tədbirləri keçirən Qaynar xəttin əməkdaşları noyabr ayında da yüzlərlə uşaq, valideyn və müəllimi bir araya gətiriblər. Belə ki, Bakıda 135, 24, 212, 45, 263, 83 nömrəli orta məktəblərdə, eləcə də “Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə keçirilən maarifləndirmə tədbirlərində Qaynar Xətt xidmətinin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, uşaqlar xidmətə şəxsiyyətlərarası münasibətlər, psixoloji dəstəyə ehtiyac, ailədaxili, həmyaşıdlarla, məktəbdə ünsiyyət çatışmazlığı, tənhalıq, sevgi ilə bağlı qorxu hissləri, yaxın adamın itkisi, psixoloji, fiziki və cinsi zorakılıq, imtahanqabağı həyəcan, evdən qaçma, gələcək planlarla bağlı narahatlıq, erkən nikah, zərərli maddəllərdən istifadə, İİV/QİÇS-ə yoluxma təhlükəsi, habelə hüquqi pozuntularla bağlı zəng vura bilərlər. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilib.
2010-cu ildə Azercell-in dəstəyi ilə xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarında yardım etməkdir. Qeyd edək ki, işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət olan “Uşaq Qaynar Xətt” xidmətində ən vacib prinsiplərdən biri məxfilikdir. Yalnız uşağın və valideynin icazəsi olduqda və problemin həlli bunu tələb edirsə, müraciət digər müvafiq təşkilatlara çatdırılır.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

