2010-cu ilin yanvarından sonra təyin ediləcək pensiyaların məbləği 90 manatdan aşağı olmayacaq
29.10.2009 [10:01]
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərlə bağlı dünən Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. S.Müslümovun sözlərinə görə, bu dəyişikliklərin məğzi bəzi KİV-lərdə düzgün şərh olunmayıb: “Bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da əksini tapıb”.
2006-cı ildən etibarən, ölkədə iki sistemin paralel inkişaf etdiyini deyən fond sədri bildirib ki, onların biri sığorta-pensiya, digəri ünvanlı sosial yardım və sosial müavinətlər sistemidir. Bu sistemlər üçün inkişaf meyarları da tam fərqlidir: “Hər bir sistemlə bağlı tədbirlər məhz bu istiqamətlərə uyğun olaraq görülür. Bu baxımdan, sığorta-pensiya sistemi üçün ən mühüm amil keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsində nəzərdə tutulan dəyişiklikdir. Yaşın artırılması isə sığorta pensiya sistemi üçün ikinci dərəcəli məsələdir. Təəssüf ki, guya bunun nəticəsində pensiyaların 30 faiz azalacağı ilə bağlı cəmiyyətə düzgün olmayan məlumatlar təqdim olunur”.
Fond rəhbəri qeyd edib ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ilin 1 yanvar tarixindən 2009-cu il oktyabrın 1-ə qədər DSMF orqanları tərəfindən 167891 nəfərə yaşa görə pensiya təyin olunub. Onların 64,4 faizi və ya 101370 nəfəri minimum pensiya, yəni 75 manatla təmin edilib: “Bu pensiyaların sığorta hissəsi olmayıb. Təxminən 6700 nəfər, yəni 4 faiz isə 300 manatdan yuxarı pensiya alır. Hətta 680 nəfərə 1000 manatdan yuxarı pensiya təyin olunub”.
S.Müslümovun fikrincə, yeni əlavə və dəyişikliklər pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldırmağa yönəlib: “Bununla həm də sistemdə böyük bir şəffaflığı təmin etmiş olduq. Pensiya təyinatı zamanı bütün neqativ hallar əməkhaqqı arayışları və əməkhaqqı məbləğlərində özünü göstərib. Artıq bu gündən sonra 2006-cı ilə qədər olan dövr üçün pensiya hesablanan zaman belə bir arayış və məbləğ lazım olmayacaq”.
Belə ki, bundan sonra hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər olan əmək fəaliyyətinə əsasən hər il üçün 170 manat pensiya kapitalı veriləcək. Bu məbləğ həmin illərin sayına vurulacaq. Bundan sonra 2006, 2007, 2008, 2009-cu illər üzrə inflyasiya faizi vurulub artırılacaq və toplanmış məbləğ şəxsin fərdi hesabında 4 il ərzində yığılan məbləğin üzərinə gələcək. ümumi məbləğ 144-ə bölünəcək, bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq və üzərinə ölkədəki baza pensiyası əlavə olunacaq.
S.Müslümov qeyd edib ki, 2010-cu ilin yanvarından sonra təyin ediləcək pensiyaların məbləği 90 manatdan aşağı olmayacaq: “Ən vacib məsələ də bu idi və bunun üçün DSMF-nin növbəti ildə ən azı 10 milyon manatdan artıq əlavə vəsait xərcləməsi lazımdır. Əgər 6 ay yaş həddi olmasaydı, bu məbləğ 20 milyon manat tələb edərdi. Düzdür, artıq əvvəlki kimi pensiyaçıların 4 faizi 1000 manat məbləğində pensiya almayacaq, amma 75 manat alan da olmayacaq. Yəni pensiyaların orta aylıq məbləği kifayət qədər yuxarı qalxmağa başlayacaq və aradakı böyük şaxələnmə də ortadan qalxacaq”.
Pensiya təyinatı üçün 12 il tələb olunduğunu da deyən S.Müslümov əlavə edib ki, bu illərin 4 ili artıq yeni sistemin payına düşür.
Fond rəhbərinin sözlərinə görə, keçmiş dövrdə normal sığorta prinsipləri olmayıb: “Fərdi uçot yoxdursa, hansısa sığorta prinsiplərindən danışmaq da doğru deyil. Bizim fikrimizə görə, ən ədalətli sistem kimi staja görə müəyyən pensiya kapitalının müəyyənləşdirilib ortaya qoyulmasıdır. Bunun üçün də biz ən böyük əməkhaqqının formalaşdığı 2004-2005-ci illərin orta aylıq əməkhaqqını götürdük. Bu, 111,5 manat edir. Bu məbləğdən hər ay 12,5 faiz fərdi uçota gedir. Bunu da 12 aya vurduqda təxminən 168 manata çatır. Biz də bunu 170 manatla götürdük. Qanuna dəyişikliyin ən böyük hissəsi də məhz budur”.
S.Müslümov bildirib ki, yaşın artırılması, qadınlarla bağlı güzəştlərin azalması da sistemin gələcək inkişafından doğan məsələlərdir: “Əgər bu gün normal sığorta pensiya sistemi qururuqsa, bu sistemə vəsait ödəyən hər bir şəxsin ödədiyi vəsaitin müddəti ilə onun sistemdən pensiya ala biləcəyi müddət bir-birinə uyğunlaşdırılmalıdır. Əks halda, bu istənilən effekti verməyəcək. Ona görə də, tələb olunan sığorta stajının 5 ildən 12 ilə qaldırılması tam təbii haldır”.
Onun sözlərinə görə, son 3 il 9 ay ərzində DSMF sistemində yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 75,8, kişilərin orta yaşı isə 74,7 yaş olub: “Bu o deməkdir ki, qadınlar 18,8 il, kişilər isə 12,7 il sığorta pensiya sistemindən pensiya alıblar. Tədqiqatlar göstərir ki, bu göstəricilər artmaqda davam edəcək”.
S.Müslümov sığorta pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan da danışıb. Bu parametrlərdən biri orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə olan nisbəti ilə bağlıdır. Belə ki, bu nisbət Sosial Xartiyada nəzərdə tutulan 40 faizə çatdırılmalıdır. DSMF sədri qeyd edib ki, bu gün Azərbaycanda 1 nəfər pensiyaçıya 1 nəfər muzdla işləyən sosial sığorta ödəyicisi düşür. Hazırda ölkədə 1 milyon 391 min nəfər muzdla işləyən sosial sığorta olunan var: “1 milyon 300 min nəfərdən də yuxarı pensiyaçımız var”.
Fond rəhbəri bildirib ki, orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə olan nisbətinin artırılması üçün bütün amillər nəzərdən keçirilib və təhlil edilib. Hətta 1940-ci ildən indiyə qədər ölkənin demoqrafik sistemində olan dəyişikliklər və 2015-ci ilə qədər proqnozu nəzərə alınmaqla onun pensiya sığorta sisteminə təsiri də öyrənilib. DSMF sədri əlavə edib ki, dəyişikliklər sosial pensiya sisteminin sosial ödəmə sisteminin elementlərindən tam təmizlənməsinə yönəlib: “Kim pensiya almaq hüququnu əldə edə bilməyəcəksə, ölkədə mövcud olan ünvanlı sosial yardım və sosial müavinətlər sistemindən istifadə edə bilər”.
“Əmək pensiyaları haqqında” qanunun 29-cu maddəsinə də toxunan S.Müslümovun sözlərinə görə, baza hissəsinin artırılmasında istehlak qiymətləri indeksinə istinad olunması nəzərdə tutulur: “çox müzakirə olundu ki, devalvasiya olarsa, bu, necə artırılacaq. Məlumdur ki, mövcud imkanlardan istifadə olunaraq hökumət artırmaya gedir. Ona görə də, bu artırma baş verən zaman daimi olaraq çalışılacaq ki, istehlak qiymətlərinin üzərində olan artım təmin edilsin”.
Maddənin sonunda dəyişikliyə ehtiyac olduğunu vurğulayan S.Müslümov bildirib ki, orada “Sığorta hissəsi indeksləşdirilərək artırılır” yazılmalıdır. Bu isə pensiyaların aşağı düşməməsi və məbləğin qorunması üçün vacibdir.
S.Müslümov pensiya ödənişlərində yaranan vəziyyətə də toxunub. Onun sözlərinə görə, DSMF bununla bağlı 2-3 ayda qrafikləri bir qədər geri çəkib: “Əgər əvvəllər ayın 12-si 13-də Bakıda pensiyalar verirdiksə, indi bu, 16-17-nə keçirilib. Rayonlarda da pensiyaların ödənişini ayın 20-dən sonraya keçirmişik”.
Qurum rəhbəri DSMF-da keçirilən kollegiyanın qərarı ilə bütün pensiya işlərinin inventarizasiyasına başlanıldığını da vurğulayıb: “Bu da yeni sistemə keçidlə bağlıdır. Bu gün böyük məbləğdə pensiya alan təxminən 13 min nəfərin hamısının əməkhaqqı arayışlarını yenidən yoxlatdırıram. Daxili audit artıq 2 aydan çoxdur ki, bunların yoxlanılmasına yönəlib”.
DSMF sədri arayışları təqdim edən müəssisələrin tapılmasının çox çətin olduğunu da bildirib: “Hətta hər bir əməkhaqqı arayışı ilə bağlı tapşırmışam ki, pensiya alan şəxsin həmin müəssisədə ödəniş hesablama cədvəlinə qol çəkməsi yoxlanılsın və onun surəti çıxarılsın. Əgər bu, yoxdursa, həmin pensiya işi ləğv ediləcək və tutulmaları da geri ödətdirəcəyik”.
S.Müslümov müəssisələrdə arxivlərin tam qorunduğuna əminliyini də ifadə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

