Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
13.11.2018 [09:28]
Türkiyənin Antalya şəhərində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin (TÜDCD) XV Beynəlxalq Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etmək olub.
Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi Kaliforniya və Kembric Universitetləri, Avropa Flebologiya Kolleci kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə iclaslar keçirib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin birgə toplantısı da təşkil olunub. Toplantı AÜDCC-nin sədri, professor Kamran Musayev və TÜDCD-nin sədr müavini, professor Mehmet Ali Özatikin rəhbərliyi altında keçib.
Tədbirdə K.Musayev “Minimal İnvaziv Ürək Cərrahiyyəsi: Bakı təcrübəsi”, AÜDCC üzvü tibb üzrə fəlsəfə doktoru Seymur Musayev isə “Orta İskemik MY-də mitrala müdaxilə edilməlidir” mövzusunda mühazirə ilə çıxış ediblər.
Toplantı Türkiyədən olan cərrahların mövzu ilə əlaqədar çıxışlarından sonra müzakirələrlə davam etdirilib.
Tədbirdə ölkəmizin müxtəlif klinikalarında çalışan ürək-damar cərrahları əldə etdikləri nəticələri tezislər və posterlər şəklində konqresdə təqdim ediblər.
Hər bir həkim çalışmalıdır ki, qlobal dünyada təbabətdə baş verən inkişafla ayaqlaşsın deyə tədbir barədə məlumat verən K.Musayev bildirib: “Konqres gənc cərrahların inkişafı baxımından çox əhəmiyyətli tədbirdir. Bundan əlavə, Türkiyədə keçirilən konqres beynəlxalq əməkdaşlığımızı genişləndirməklə yanaşı, ürək-damar cərrahiyyəsində tətbiq olunan yeni texnologiyalar və üsullarla tanış olmaq baxımından da çox faydalı oldu. Bu konqresdə cəmiyyətimiz geniş tərkibli heyətlə iştirak etdi. Olduqca zəngin elmi proqramı olan konqresin xüsusilə gənc həmkarlarım üçün biliklərinin artırılması baxımından faydalı olduğunu düşünürəm. Konqres çərçivəsində AÜDCC-TÜDCD birgə toplantısının keçirilməsi isə qardaş Türkiyədən olan həmkarlarımızla əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir. Biz çalışırıq ki, cəmiyyətimizin hər bir üzvü beynəlxalq konqreslərdə iştirak etsin, daim öz bilik və təcrübələrini yeniləsin. Bu istiqamətdə ardıcıl fəaliyyət göstəririk, müxtəlif ölkələrin bənzər qurumları ilə əməkdaşlıq edirik. Cəmiyyət üzvlərimizin beynəlxalq təcrübədən daha çox faydalanmaları üçün bu əməkdaşlıqları bundan sonra da davam etdirəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

